vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
İNCƏSƏNƏT  
Qarabağa həsr olunan rəsmlər 17:23 | 15 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 37 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağa həsr olunan rəsmlər

Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda gənc rəssamların Qarabağa həsr olunan rəsm əsərlərindən ibarət sərgi keçirilib.

“QGallery” rəsm qalereyasında təşkil olunan sərginin açılış mərasimində Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev, Xalq rəssamı, professor, Azərbaycan Rəssamlıq Akademiyasının (ADRA) rektoru Natiq Əliyev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova, Xalq rəssamı, professor, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Salxab Məmmədov, digər rəsmi şəxslər, tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri, Fondun donorları və tərəfdaşları, eləcə də hazırlanan əsərlərin gənc müəllifləri və media nümayəndələri iştirak ediblər.

QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Qarabağın əsrarəngiz təbiətinə, tarixi abidələrinə, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr olunan 38 rəngkarlıq əsəri Fondun dəstəyi ilə gənc rəssamların inkişafına töhfə vermək məqsədilə dünya şöhrətli almaniyalı rəssam, Berlin Rəssamlıq Akademiyasının professoru İnqa Şmidtin Azərbaycan Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün keçirdiyi master-klass çərçivəsində hazırlanıb.

R.Hacıyev qeyd edib ki, rəssam İnqa Şmidtin master-klassında iştirak edən gənclərin əksəriyyəti yüzlərlə digər tələbələr arasından seçilən, “Qarabağın Rəngləri – 2025” layihəsinin final mərhələsində iştirak etmək hüququ qazanan ADRA və ADMİU-nun tələbələridir.

Fondun sədri xatırlatdı ki, ötən il baş tutan “Qarabağın Rəngləri - 2024” layihəsi çərçivəsində ADRA-da təhsil alan 23 nəfər istedadlı gənc tərəfindən hazırlanan 19 rəsm və 4 heykəltəraşlıq nümunəsinin satışından əldə edilən 90.200 AZN vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldilib.

Qeyd olundu ki, QDF və ADRA-nın birgə təşkilatçılığı ilə artıq “Qarabağın Rəngləri – 2025” layihəsinin icrasına start verilib. Belə ki, layihədə iştirak edəcək finalçıların seçim mərhələsi yekunlaşıb, onların ərsəyə gətirəcəyi əsərlərin eskizlərinin hazırlanması prosesi isə davam edir.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektoru Salxab Məmmədov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova çıxış edərək layihənin əhəmiyyətindən danışıb, onun gənc rəssamların gələcək yaradıcılıq fəaliyyətinə böyük töhfə verəcəyini vurğulayıblar.

Çıxışlardan sonra rəsm əsərlərinin müəlliflərinə xüsusi sertifikatlar təqdim olunub.

Daha sonra sərgi iştirakçıları nümayiş olunan əsərlərlə tanış olub, xatirə şəkli çəkdiriblər.