
133 illik kimya şirkəti iflas etdi
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Baş nazir Merz və nazirlərin mobil nömrələri internetdə yayıldı
Ekspertlər siyasəti günahlandırır
Sentyabrın 11-də ölkə boyu həyəcan siqnalı sınaqdan keçiriləcək
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
Avropada sığınacaq müraciətləri azaldı
Məhkəmə sərt reaksiya göstərdi
Xalqın böyük əksəriyyəti yeni bir himnə və bayrağa qarşıdır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Üç nəfərin mübahisəsində biri xəstəxanalıq olub
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Almaniyanın Saksoniya əyalətinin Zvikau şəhərinin meri Konstans Arndt neonasist təhdidini ehtiva edən elektron məktub alıb. Beş ildir 88 min əhalisi olan şəhərdə işləyən Arndt bazar ertəsi aldığı e-poçtu İnstaqramda paylaşıb. Elektron məktub “Adolf Hitler” adı ilə açılan “[email protected]” ünvanından göndərilib. Orada belə bir təhdid var idi: “Valter Lübkeni xatırla. Həmişə diqqətli ol”.
Bələdiyyə sədri Arndt təhdidlərə qarşı açıq mövqe nümayiş etdirərək, “Mən cinayət işi qaldırmışam! Onlar qorxuda bilməzlər!” – deyib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Göndərən ünvanda istifadə edilən “NSU” ifadəsi Almaniyadakı ifrat sağçı “Nationalsozialistischer Untergrund” terror təşkilatını xatırladır. NSU üzvləri Bit Çepe, Uve Mundlos və Uve Böhnhardt 1998-ci ildən bəri Zvikauda yerin altında yaşayırdılar. 2011-ci ildə Çepe tutulmadan bir neçə gün əvvəl şəhərdəki evini yandırdı. NSU bu illər ərzində irqi motivli səbəblərdən doqquz immiqrant və bir polis məmuru da daxil olmaqla xeyli adam öldürmüşdü.
Təhdid arasında 2019-cu ildə neonasist tərəfindən öldürülən CDU siyasətçisi Valter Lübkenin də adı var idi. Lübke uzun sürən təhdidlərdən sonra evinin qarşısında güllələnmişdi.
***
Konstans Arndt bu təhdidi ciddi qəbul etdiyini bildirib: “Bəli, mən bu mesajı təhdid kimi qəbul edirəm. Valter Lübke ilə nə baş verdiyini çox yaxşı bilirəm. O, sağçı ekstremist tərəfindən güllələnib”, – deyən Arndt həmçinin belə mesajların özü və ailəsi üçün nə demək olduğunu düşündüyünü söylədi.
O, məktubu göndərənə cavab olaraq deyib: “Hörmətli dialoqa və konstruktiv tənqidə hər zaman hazıram. Mən açıq, üz-üzə danışmağa üstünlük verirəm. Mənimlə bu şəkildə əlaqə saxlamağa ehtiyac yoxdur!”
***
CDU siyasətçisi və Kassel vilayətinin qubernatoru Valter Lübke 1 iyun 2019-cu ildə Hessen əyalətinin İsxa qəsəbəsindəki evinin qarşısında neonasist Stefan Ernst tərəfindən başından güllələnib. Ernst hadisədən iki həftə sonra tutulub və 28 yanvar 2021-ci ildə ömürlük həbs cəzasına məhkum edildi. Məhkəmə qıtlı “irqçilikdən qidalanan populist-milli ideologiya” kimi qiymətləndirmişdi.