Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
07:18 | 20 aprel 2026 | Bazar ertəsi
Məqaləyə 218 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin İran bayrağı altında üzən yük gəmisinə müdaxilə etdiyini və onu nəzarətə götürdüyünü açıqlayıb.
VAXT.AZ “The Washington Post”a istinadən xəbər verir ki, Tramp sosial şəbəkə hesabında bildirib ki, İran bayraqlı “Touska” adlı yük gəmisi ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını yarmağa cəhd edib. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raket esminesi “USS Spruance (DDG-111)” yük gəmisini Oman körfəzi ərazisində saxlayıb.
Prezident qeyd edib ki, ABŞ hərbi gəmisi əvvəlcə İran heyətinə dayanmaq barədə açıq xəbərdarlıq edib. Lakin ekipaj bu tələbə əməl etmədiyindən, esmines gəmini dayandırmaq məqsədilə onun mühərrik bölməsinə atəş açaraq deşik yaradıb.
“İranlı ekipaj xəbərdarlığı rədd etdi, buna görə də donanma gəmimiz mühərrik bölməsində deşik açaraq onları dayandırdı. Hazırda gəmi ABŞ dəniz qüvvələrinin nəzarəti altındadır”, – deyə Tramp bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, təxminən 274 metr uzunluğa malik “Touska” yük gəmisi daha əvvəl də qanunsuz fəaliyyətlərlə bağlı ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edilib. Gəminin İranın əsas limanlarından biri olan Bəndər Abbas istiqamətində hərəkət etdiyi bildirilir.
Onun sözlərinə görə, ABŞ hərbçiləri hazırda gəmidə yoxlamalar aparır və ekipaj üzvlərinin fəaliyyəti araşdırılır.
Bəzi ABŞ mənbələri gəminin Çindən gətirilən kimyəvi maddələr daşıdığı ehtimalını da istisna etməyib. Lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.
Hadisəyə sərt reaksiya verən İran rəsmiləri ABŞ-nin hərəkətlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək bunu “dəniz quldurluğu” adlandırıb və Vaşinqtonu məsuliyyətə çağırıb.
İran tərəfi həmçinin mümkün cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib. Bəzi İran mənbələri ABŞ hərbi gəmilərinə qarşı pilotsuz aparatların istifadəsi ilə bağlı iddialar səsləndirib.
Analitiklər hesab edir ki, insident regionda gərginliyi daha da artıraraq ABŞ və İran arasında planlaşdırılan diplomatik təmaslara təsir göstərə bilər.
Hadisənin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan ABŞ-İran danışıqları ərəfəsində baş verməsi onun siyasi əhəmiyyətini daha da artırır.