Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
18:13 | 22 aprel 2026 | Çərşənbə
Məqaləyə 210 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Prezident Donald Trampın ABŞ–İran qarşıdurması ilə əlaqədar uzadılan müvəqqəti atəşkəslə bağlı İrana 3–5 gün vaxt verdiyi iddia olunur.
VAXT.AZ “Axios”a istinadən xəbər verir ki, mövzuya yaxın mənbələrin xəbər portalına verdiyi məlumata görə, ABŞ rəsmiləri Trampın dünən gecə müddətini uzatdığı müvəqqəti atəşkəs üçün konkret zaman çərçivəsi müəyyən etdiyini bildiriblər.
ABŞ-li rəsmilərdən biri qeyd edib ki, Tramp İrana vahid və tutarlı qarşı təklif ətrafında anlaşmaq üçün 3–5 gün vaxt verib. Rəsmiyə görə, ABŞ Prezidenti İran tərəfinə əlavə vaxt verməyə hazır olsa da, bu prosesin qeyri-müəyyən müddətə davam etməyəcəyi vurğulanıb.
Onun sözlərinə görə, Tramp İranın mövqeyini formalaşdırması üçün qısa müddətli əlavə atəşkəsə razıdır, lakin bu addım yalnız konkret nəticələrin əldə olunması ilə şərti ilə atılıb.
Digər bir ABŞ rəsmisi isə bildirib ki, Tramp İranla müharibəni dayandıra və ölkənin nüvə proqramı ilə bağlı danışıqları aparmağa qadir olan səlahiyyətli şəxslərin olmadığını düşünür.
Məlumata görə, son dövrlərdə İranın ali dini rəhbəri Müctəba Xameneyinin demək olar ki, heç bir əlaqə saxlamadığı iddia olunur. ABŞ tərəfi İran daxilində danışıqlar aparan nümayəndələrlə hərbi strukturlar arasında ciddi əlaqə çatışmazlığı olduğunu ehtimal edir.
Danışıqlar barədə məlumatlı olan israilli bir rəsmi də bildirib ki, ABŞ və Pakistan tərəfinin yaxın günlərdə Xameneyinin səssizliyini pozacağını və danışıqlar aparan nümayəndələrə masa arxasına qayıtmaq üçün açıq göstəriş verəcəyini gözlədiyi qeyd olunub.