Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:14 | 22 aprel 2026 | Çərşənbə
Məqaləyə 165 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Tramp İranın hərbi gücü və nüvə infrastrukturunun “B-2” bombardman təyyarələri ilə həyata keçirilən əməliyyat nəticəsində məhv edildiyini açıqlayıb. O, həmçinin Hörmüz boğazının ABŞ qüvvələrinin nəzarətinə keçdiyini iddia edib.
VAXT.AZ “Al Jazeera”yə istinadən xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə üzərindən etdiyi açıqlamada bildirib ki, İranın nüvə laboratoriyaları, hava və dəniz qüvvələri xüsusi hərbi əməliyyatla hədəfə alınıb. Onun sözlərinə görə, “B-2” bombardmançı təyyarələrinin iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində Tehran hökumətinin strateji hərbi obyektləri sıradan çıxarılıb.
ABŞ Prezidenti “Wall Street Journal” qəzetində dərc olunan və onu sadəlövh adlandıran məqaləyə sərt reaksiya verib. Trampın iddiasına görə, iyun ayında həyata keçirilən əməliyyat zamanı İranın hava hücumundan müdafiə sistemləri, radarları və nüvə anbarları məhv edilib. O, bu zərbələrin İranın nüvə silahı hazırlama qabiliyyətini tamamilə aradan qaldırdığını vurğulayıb.
Tramp Bəsrə körfəzindəki blokada ilə bağlı danışarkən əlavə edib ki, Hörmüz boğazı ABŞ ordusunun tam nəzarəti altına keçib və heç bir gəminin İran limanlarına girişinə icazə verilmir. Onun sözlərinə görə, bu blokada İran iqtisadiyyatına gündəlik təxminən 500 milyon dollar zərər vurur və ölkə ciddi iqtisadi çöküş riski ilə üz-üzədir.
Bölgədə diplomatik proseslərə toxunan Tramp Pakistanın Baş naziri Şahbaz Şərif və Baş Qərargah rəisi Asim Munirin vasitəçiliyi ilə 15 günlük atəşkəsin uzadıldığını bildirib. O, İran daxilindəki siyasi parçalanmanın vahid təklifin irəli sürülməsinə mane olduğunu və bu müddətin Tehran üçün son fürsət olduğunu qeyd edib.
Tramp həmçinin ABŞ hərbi qüvvələrinin tam döyüş hazırlığı vəziyyətində saxlanıldığını, iqtisadi və hərbi təzyiqin davam etdiriləcəyini bildirib. O, İranın yalnız ciddi hərbi və iqtisadi təzyiq altında danışıqlara razı ola biləcəyini iddia edib və əməliyyat zamanı İran hərbi komandanlığının da zərərsizləşdirildiyini açıqlayıb.