
Süni intellekt ilk dəfə naziri oldu
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
Süni intellekt əsas şərtləri sadaladı
Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq investisiya
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Ekspertlərdən super intellekt xəbərdarlığı
Ultra zənginlərin yeni hobbisi
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Almaniya polisi təhlükəsizlik kameralarında süni intellekt tətbiqinə başladı
“Google”un rezervasiya edən süni intellekti sınaqdan keçirilir
Bill Geytsin son açıqlaması cəmiyyətə bir xəbərdarlıq kimi qəbul olunmalıdır: “Süni intellekt (Sİ) önümüzdəki 10 il ərzində müəllimləri və həkimləri əvəz edəcək. İnsanlar çox şey üçün lazım olmayacaq”. Bu fikirlər artıq reallığa çevrilməkdədir və bir sıra nüfuzlu tədqiqatlar bunu təsdiqləyir.
“Oxford” Universitetinin tədqiqatçıları Carl Benedikt Frey və Maykl Osbornun apardığı araşdırmaya əsasən, təxminən 47 faiz peşə növləri avtomatlaşdırma riski altındadır. Bu risk təkcə fiziki əmək deyil, zehni-emosional bacarıq tələb edən müəllimlik və tibbi diaqnostika sahələrinə də aiddir.
Stanford Universitetinin 2024-cü il Süni İntellekt Hesabatında isə göstərilir ki, generativ Sİ alətləri – xüsusilə tədris və klinik qərarvermə sahəsində artıq insan performansını bəzən üstələyir. Məsələn, “OpenAI”nin GPT-4 modeli hüquq və tibb imtahanlarında ortalama tələbədən yüksək nəticə göstərib. “Khan Academy”, “Duolingo” kimi platformalar artıq şəxsi tutor rolunu oynayan süni intellektləri tətbiq edir.
Bu tendensiyanın fonunda sual budur: Təhsil və səhiyyə sektorlarında insan rolunu necə qoruyacağıq? Çünki texnologiya bir vasitədir, məqsəd deyil. Müəllim yalnız bilik ötürən deyil, şəxsiyyət formalaşdırandır. Həkim isə yalnız diaqnoz qoyan deyil, həm də ruh verəndir.
Bu dəyişikliklərə qarşı çıxmaq yox, insanı və texnologiyanı bir-birini tamamlayan tərəfdaşlara çevirmək lazımdır. Əks halda Sİ cəmiyyətin marjinallaşmasına, kütləvi işsizlik və sosial parçalanmaya səbəb ola bilər.
Təhsildə, səhiyyədə və idarəetmədə gələcəyi düşünənlər bu gün qərar verməlidir: Sİ insanı əvəz edəcək, yoxsa insan onu yönləndirəcək?