
Rusiya yerləşdi, ABŞ aldı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı
ABŞ Prezidenti yaxın günlərdə yeni FED üzvü və statistikasının rəhbərini açıqlayacaq
Tramp: “Anlaşma istəmədilər, ...”
Avropa Birliyi Yaponiya kimi sərmayə vədi verməyə hazır deyil
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bir ara 4,41 faizədək yüksəlib
MAGA vicdanı ilə İsrailin nüvə qorxusu arasında
Baş nazir Mers iqtisadiyyatı ön plana çıxardı, İfo indeksində artım müşahidə olundu
ABŞ prezidenti odla-su arasından necə çıxdı?
ABŞ-ın Milvauki şəhərində baş verən ağlasığmaz hadisədə baş verib. “Wisconsin State Fair Park”da işləyən JH adlı qadın son bir neçə həftə ərzində içdiyi “Coca-Cola”da qəribə qoxu və dad hiss edirdi. Bundan sonra xəstələnməyə başlayırmış. Bunu təkrar-təkrar yaşayan qadın işdə nəyinsə baş verdiyindən şübhələnir.
Daha sonra JH kimin iş masasına yaxınlaşdığını öyrənmək üçün kompüterinə gizli kamera yerləşdirib və yazıları izləyərkən həmkarının içkisinə yad maddə qatdığını görüb.
Görüntülərdə 34 yaşlı Cozef Rossun əlindəki kiçik ağ ucluqlu şüşə boru ilə qadının “Coca-Cola”sına “super yapışqan” tökdüyü görünür.
Şoka düşən JH yarmarka meydançasında patrul aparan polisi dayandırıb və hadisəni onlara danışıb. Polis Rossu sorğu-sual edəndə o, içkiyə yapışdırıcı əlavə etiraf edib.
Hadisədən sonra polis Rossun iş masasında axtarış apararaq “Qorilla” yapışdırıcısı və lateks əlcəklər tapıb.
Təqsirləndirilən şəxs yemək və içkilərə yad maddələr əlavə etmək ittihamı ilə saxlanılıb. Ona qarşı açılan iş üzrə Cozef Ross 10 min dollar girov cərimə və 38 aya qədər həbs oluna bilər.
Hakim Andrea Bolender hadisəni son dərəcə narahatedici və şiddətli hadisə kimi qiymətləndirib. Hüquq eksperti Kreyq Mastantuono bildirib ki, qidaya yad maddələr əlavə etmək cinayəti nadir hallarda baş verir və cinayətkarları tutmaq çox vaxt çətin olur.