Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:29 | 2 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 182 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
2024-cü ilin noyabrında ABŞ prezident seçkilərində Respublikaçı namizəd Donald Trampa uduzan Demokratlar Partiyasının keçmiş vitse-prezidenti Kamala Harrisin yenidən aktiv siyasətə qayıdıb-qayıtmayacağı maraq mövzusuna çevrilib. Gələn il keçiriləcək seçkidə Harrisin Kaliforniya qubernatorluğuna namizəd ola biləcəyi bildirilsə də, Harrisin ştatda keçirilən Demokrat Partiyasının tədbirinə qatılmaması suallar doğurub.
“The New York Times” (NYT) qəzetindəki xəbərə görə, Demokrat Partiyasının nümayəndələri Harrisin həqiqətən namizədliyi düşünüb-düşünmədiyini şübhə altına almağa başlayıblar.
***
Sözügedən partiya tədbiri Kaliforniyanın Anaheim şəhərində keçirilib və tədbirdə 4000 nümayəndə iştirak edib. Tədbir gələn il keçiriləcək seçkilərə hazırlıq məqsədi daşıyırdı. Tədbirdə şəxsən iştirak etmək əvəzinə, Harris 3 dəqiqəlik video yazı vasitəsilə nümayəndələrə müraciət etdi.
Harris prezidentlik yarışında məğlub olduqdan sonra yanvar ayında Kaliforniyaya qayıdıb. Demokratlar o vaxtdan Harrisin qubernatorluğa namizəd olub-olmayacağı ilə maraqlanırdılar.
NYT-yə görə, Harrisin girişi yarışı “sarsıda” bilər. Bəzi analitiklər də Harrisin Demokratlar Partiyasının ilkin seçkilərində qalib gələ biləcəyinə inanırlar. Digər tərəfdən, o vaxtdan bəri ictimaiyyət qarşısında çox çıxış etməyən Harris, mövqeyi barədə çox az məlumat verdi.
***
Bu həftə sonu Anaheimdə Demokratik Partiyanın tədbirinə qatılmadıqdan sonra Harrisin potensial namizədliyini şübhə altına alan San Dieqo nümayəndəsi Mark Qreysik, “Mən onun qubernatorluğa namizədliyini irəli sürməli olduğunu düşünmürəm... İşçi sinfi deyə bilər ki, “O, yenə buradadır, elitanın dəstəyini alır”, – deyib.
Qəzetin dəyərləndirməsinə görə, Harris bu yayın sonuna qədər namizəd olub-olmayacağına qərar verəcək. İddialara görə, Harris 2028-ci ildə prezidentliyə namizəd olmaq və aktiv siyasətdən çəkilmək kimi digər variantları da nəzərdən keçirir. Kamala Harrisin sözçüsü NYT-nin xəbərlə bağlı açıqlama istəməsinə cavab vermədi.