
Qida qiymətlərində tarazlıq dinamikası
Qlobal bazarlarda taxıl, süd ucuzlaşıb, ət, şəkər bitki yağları bahalaşıb
Qlobal bazarlarda taxıl, süd ucuzlaşıb, ət, şəkər bitki yağları bahalaşıb
Almaniyada satışa çıxan orqanik ərzaq satışdan çıxarıldı
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
İndoneziyadan idxal edilən karidesdə sezyum-137 tapılıb
İsti çay və qəhvə xərçəng riskini artırır
Ekspertlər riski artıran böyük səhvi açıqladı
Qadınlarda anoreksiya və bulimiyanın yüksəlişi və çağırışlar
Sosiskada donuz, dönərdə eşşək əti
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Milyardlıq investisiya qərarı
Avropada satılan məhsulda yüksək səviyyədə təhlükəli yağ tapılıb
Qlobal bazarlarda ABŞ-AB anlaşmasına reaksiya
Yoğun bağırsaq xərçəngi riskini azaldan qidalar
Çağırışlar, risklər və müasir strategiyalar
“İllərlə bədəndə qalır və yığılır”
Almaniyada müharibə hazırlıqları
Avropa Birliyi milyonlarla evdə istehlak edilən İtalyanın məşhur makaron markası “Barilla” məhsulunda sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edildiyini açıqlayıb. Almaniyada başlayan məhsulun geri çağırılması prosesi digər Avropa ölkələrinə də yayıla bilər.
AB-nin Qida və Yem üçün Sürətli Alert Sistemi (RASFF) “Barilla”nın “Integrale Vollkorn Penne Rigate” adlı tam buğda qələmi makaronunda yüksək səviyyədə qurğuşun aşkar edildiyini bildirib. I13446624 partiya nömrələri ilə satılan, 500 qramlıq bağlamalarda və son istifadə tarixi 1 mart 2026-cı il olan partiyalar riskli hesab olunduğu üçün xüsusilə Almaniyanın “Kaufland” və “Lidl” mağazalarında rəflərdən geri çağırılır.
İstehlakçılardan məhsulu qətiyyən istehlak etməməyə və qəbz təqdim etmədən də aldıqları mağazaya qaytarmağa çağırılıb. Vəziyyətlə bağlı İsveç rəsmilərinin də məlumatlandırıldığı və prosesə cəlb edildiyi bildirilib.
***
“Barilla” qurğuşun aşkarlanması ilə bağlı hələlik ictimaiyyətə açıqlama verməyib. Mütəxəssislər xammal tədarük zəncirindəki çirklənməni və ya istehsal prosesindəki texniki nasazlıqları mümkün səbəblər kimi qiymətləndirirlər. Avropadakı qida təhlükəsizliyi orqanları və istehsalçı hadisənin mənbəyini müəyyən etmək üçün birlikdə işləyir. Eyni zamanda, oxşar risklərin təkrarlanmaması üçün qabaqlayıcı tədbirlər də gündəmdədir.
Bəs Bakıdakı marketlərdə satılan “Barilla”nın adıçəkilən məhsulu ilə bağlı hansı ölçü götürülüb?
***
Qurğuşun insan orqanizmində toplana bilən və ciddi sağlamlıq problemləri yarada bilən ağır metallardan biridir. Orqanizmə uzun müddətli qurğuşun qəbul etmək baş ağrısı, yorğunluq, anemiya, həzm problemləri, əsəbilik və hətta sonsuzluq kimi müxtəlif problemlərə səbəb ola bilər. O, həmçinin sinir sisteminə, böyrək funksiyalarına və qan istehsalına daimi ziyan vura bilər. Avropa səhiyyə orqanları uşaqların və hamilə qadınların qurğuşuna qarşı xüsusilə həssas olduğunu vurğulayırlar.