
Bundestaqdan ifrat sağçıya zərbə
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Üç nəfərin mübahisəsində biri xəstəxanalıq olub
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Sosiskada donuz, dönərdə eşşək əti
Fransanın ən ucuz kababçısı bağlandı
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
“Dönər kabab”ın hansı meyarları var?
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Razılıq əldə olunmasa, dönər böhranı qaçılmazdır!
“Pom-Bär” məhsulları geri çağırılıb
Klemon şəhərinin meri üsyan edib
Almaniyada dondurulmuş dönər istehsalı ilə məşğul olan “Birtat” şirkətinin işçiləri tətilə çıxıb. Tətillə bağlı açıqlama yayan qida sənayesi işçiləri ittifaqı (NGG), ölkədə dönər tədarükündə ciddi axsamaların baş verə biləcəyini bildirib. Bu isə Almaniyanın ən sevilən hazır yeməklərindən biri olan dönərin müvəqqəti “qıtlığa” düşə biləcəyi ehtimalını gündəmə gətirib.
Stuttgart yaxınlığındakı Murr qəsəbəsində yerləşən “Birtat” şirkətinin əməkdaşları artıq iki həftəyə yaxındır ki, əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə işə çıxmır. Şirkət istehsal prosesində demək olar ki, dayanma nöqtəsinə gəlib.
Həmkarlar ittifaqı: “vəziyyət kritik ola bilər”
NGG həmkarlar ittifaqı xəbərdarlıq edib ki, tətil uzun müddət davam edərsə, Almaniya bazarında dönər tədarükündə fasilələr yaşana bilər. Lakin hələlik böyük satış şəbəkələrindən dönər çatışmazlığı ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Hazırda şirkətdən məsələ ilə bağlı rəsmi açıqlama verilmir. Almaniya mətbuatı yazır ki, NGG-nin bu təşəbbüsü Almaniya dönər sənayesi tarixində ilk kollektiv müqavilə təşəbbüsü kimi qiymətləndirilir.
Qiymətlər də qalxa bilər: “Dönər 10 avro olacaq?”
Tətillər fonunda dönərin qiymətində də kəskin artım gözlənilir. Sektor üzrə ekspertlər qeyd edirlər ki, xüsusilə dana ətinin qiymətindəki artım və enerji xərclərinin yüksəlməsi fonunda dönərin qiyməti yaxın zamanda 10 avroya çata bilər.
Almaniya Statistika İdarəsinin (Statista) məlumatına görə, Avropada hər gün təxminən 400 ton dönər istehsal olunur və illik ümumi dövriyyə 12 milyard avro civarındadır. Bunun 2,4 milyard avroluq hissəsi Almaniyaya aiddir. Təkcə paytaxt Berlində 1600-dən çox dönər köşkü fəaliyyət göstərir və bu şəhər ölkənin “dönər paytaxtı” kimi tanınır. Almaniyada hazırda 400-ə yaxın irili-xırdalı dönər istehsalçısı fəaliyyət göstərir.