“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
19:16 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 899 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Fransa baş naziri Fransua Bayru, 2026 büdcəsini müdafiə etdiyi “FB Direct” adlı video-podcast seriyasında, ölkənin iqtisadi inkişafı üçün iki rəsmi tətil gününün ləğvini təklif edib. Onun sözlərinə görə, bu addım istehsalı artıracaq və dövlət gəlirlərini yüksəldəcək.
Bayru daha əvvəl irəli sürdüyü “Pasxa bazar ertəsi” və “8 may Qələbə günü” tətilinin ləğvi ideyasını yenidən gündəmə gətirib. Lakin ictimai reaksiyaları nəzərə alaraq, daha uyğun günlərin seçilə biləcəyini də vurğulayıb. O, bu təklifi Fransanın istehsal boşluğunu doldurmaq üçün qəbul edilə bilən bir fədakarlıq kimi qiymətləndirib.
Bayru Fransada adambaşına düşən illik istehsalın qonşu ölkələrə nisbətən 10-15% daha aşağı olduğunu bildirib. OECD-nin (Organisation for Economic Co-operation and Development – Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı) 2024 hesabatına istinad edən baş nazir, ölkədə adambaşına illik iş saatının 666, Almaniyada isə 724 olduğunu qeyd edib. Həmin hesabatda fransız işçilərin illik orta hesabla 1.494 saat işlədiyi, bunun Almaniya (1.340 saat) və Niderland (1.450 saat) göstəricilərindən yüksək olduğu, Yunanıstanda isə 1.882 saatla Avropa liderliyi olduğu vurğulanır.
“Bir və ya iki gün artıq işləsək, ölkə daha çox istehsal edər” deyən Bayru, gənclər arasında işsizlik səviyyəsinin 19% olduğunu və bunun “skandal” bir rəqəm olduğunu bildirib. O, işçi çatışmazlığı səbəbindən bağlanan müəssisələrə də diqqət çəkib.
Bayrunun təklifi ictimaiyyətdə böyük rezonans doğurub. Qarşıdakı günlərdə həmkarlar ittifaqları və müxalifət partiyalarının kəskin etirazları gözlənilir.