Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
20:46 | 4 aprel 2025 | Cümə
Məqaləyə 130 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
2024-cü ildə ölkə üzrə təxminən 90.000 oğurluq hadisəsi qeydə alınıb. Bu məlumatı ZDF-yə Almaniya Sığorta Şirkətləri Assosiasiyası (GDV) təsdiqləyib. Bu statistika hər altı dəqiqədən bir ev və ya mənzil oğurlandığı mənasına gəlir.
GDV-nin açıqlamasına görə, oğurluqların sayı 2023-cü ilə nisbətən dəyişməyib. Bununla belə, maddi ziyan xeyli artıb. Sığorta şirkətləri 2023-cü ildə cəmi 330 milyon avro təzminat ödədiyi halda, 2024-cü ildə bu rəqəm 350 milyon avroya yüksəlib. Bu artımda ən böyük amilin oğruların hədəf olaraq bahalı elektron məhsulları seçdiyi bildirilir.
“Oğrular asanlıqla nağd pula çevrilə bilən əşyaları götürürlər. Bu gün bunlar çox vaxt smartfonlar, kameralar və kompüterlər kimi yüksək texnologiyalı cihazlardır”, – GDV-nin vitse-prezidenti Anya Kefer-Rorbax bildirib. Bu tendensiya həm də hər hadisəyə görə orta zərərin artmasına səbəb olub. Dəyən ziyan 2023-cü ildə 3600 avro idisə, 2024-cü ildə 3800 avroya çatıb. Bu, altı faiz artım deməkdir.
GDV artan ziyan qarşısında vətəndaşları evlərini daha yaxşı qorumağa çağırıb: “Giriş qapısındakı keyfiyyətli kilidləmə sistemi, məsələn, üfüqi sürgü kilidi oğurluğun qarşısını almaqda əhəmiyyətli fərq yarada bilər”.
Bundan əlavə, pəncərə qıfılları, siqnalizasiya sistemləri və hərəkət sensorları ilə xarici işıqlandırmanın da oğrulardan çəkindirici olduğu bildirilir.
Koronavirus pandemiyası zamanı oğurluqlarda ciddi azalma müşahidə olunub. 2020-ci ildə 80.000, 2021-ci ildə isə 70.000 oğurluq hadisəsi qeydə alınıb. Lakin bu rəqəmlər yenidən artmaqdadır. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə sığortalı evlərdə oğurluq hadisələrinin sayı 180 min ədəd olub.