
Qlobal bazarlar yeni rekordlar qırır
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bir ara 4,41 faizədək yüksəlib
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bir ara 4,41 faizədək yüksəlib
MAGA vicdanı ilə İsrailin nüvə qorxusu arasında
Baş nazir Mers iqtisadiyyatı ön plana çıxardı, İfo indeksində artım müşahidə olundu
Tikinti ilə tanış olan ABŞ prezidenti faiz endirimi tələbini təkrarladı
ABŞ prezidentindən dünyanın ən varlı adamı haqqında gözlənilməz açıqlama
ABŞ Prezidenti Trampdan AB-yə mesaj
ABŞ Ədliyyə Nazirliyindən xəbərdarlıq iddiası
Analitiklər inflyasiya və faiz qərarlarına dair yeni risklərdən danışır
Yaponiya mediasında yeni detallar
Qəzet Şotlandiya səfəri zamanı Trampı müşayiət edən mətbuat siyahısından çıxardı
FED sədri Konqresə yalan danışıb?
Tramp, “SpaceX”in müqavilələrini ləğv etdirə bilmədi
“Adınızı dəyişin, yoxsa stadion olmayacaq”
Tramp “Wall Street Journal”ın Pauell iddiasını təkzib etdi
Tramp–FED qarşıdurmasına maliyyə cavabı
Lutnik: “ABŞ-AB ticarət razılaşması mümkündür”
Amerika Birləşmiş Ştatlarındakı xarici siyasət qərarvermə prosesi uzun müddətdir ki, müşahidəçilər üçün açıq bir kitab kimidir. Bu siyasət formalaşdırıcıların qəbul etdikləri təsirləri izləmək və bu təsirlərin nəticələri – yəni konkret məsələlərlə bağlı verilən qərarlar üzərindəki təsirlərini təhlil etmək asan idi.
İndi isə vəziyyət fərqlidir və bunun səbəbi də qərarvermə prosesində gücün misilsiz şəkildə Prezident Donald Trampın əlində cəmləşmiş olmasıdır. Çünki onun 2016–2020-ci illərdəki əvvəlki prezidentliyi dövründə belə – yüksək vəzifəli və təsirli şəxslərin onunla razılaşmadığı və bunun nəticəsində bir çox insanın istefa verdiyi və ya vəzifədən kənarlaşdırıldığı zamanlarda belə – bu qədər kəskin deyildi. Hazırkı administrasiyasında isə durum başqa cürdür. Prezidentə tam sadiqlik, yüksək səviyyəli vəzifələrə təyinatda əsas meyarlardan birinə çevrilib.
Buna görə də bu və ya digər məsələ ilə bağlı qərarlar hökumət daxilində geniş məsləhətləşmələr nəticəsində deyil, əsasən Trampın özü tərəfindən təkbaşına qəbul edilir. Onun yüksək vəzifəli köməkçilərinin xarici siyasət formalaşdırma prosesində iştirakı yalnız öz dəyərləndirmələrini, fikirlərini və tövsiyələrini təqdim etməklə məhdudlaşır. Tramp bunları dinləyir, lakin qərarı özü təkbaşına verir. Amerika idxalına gömrük vergilərinin tətbiqi və ya artırılması ilə bağlı qərarlarda olduğu kimi, bəzən komandasının üzvləri belə bu qərarlardan rəsmi açıqlama verilənədək xəbərdar olmurlar.
Əgər bir qərar dərhal və ya sürətli şəkildə həyata keçirilmir, icraya yönəldilmirsə, onu geri götürmək və ya dəyişmək mümkündür. Bu da bəzən Trampın ziddiyyətli bəyanatlar verməsinə səbəb ola bilir. Lakin İsrail–İran müharibəsinə qoşulmaqla bağlı qərarvermə prosesi digər hallardan daha çətin olub. Çünki bu dəfə Tramp Amerikanın siyasətini müəyyən edən ən önəmli iki güc mərkəzinin qarşılıqlı basqısına məruz qalıb. Bunlardan birincisi Netanyahunun hökuməti tərəfindən təmsil olunan İsraildir. İkincisi isə onun əsas siyasi və populyar bazasını təşkil edən MAGA (“Amerikanı Yenidən Möhtəşəm Et”) hərəkatının içindəki güclü axındır. Netanyahu Trampı inandıra bilmişdi ki, müharibəni qısaltmağın və İsrailin daxil ola bilmədiyi Fordo kimi ən mühafizə olunan nüvə obyektlərini sıradan çıxarmağın yeganə yolu ABŞ-ın birbaşa müdaxiləsidir.
Lakin MAGA hərəkatının içindəki güclü bir qrup bu müharibəyə birbaşa müdaxiləyə qarşı çıxır. Onların liderləri və tərəfdarları hərəkatın əsas şüarı olan “Öncə Amerika” prinsipinə sıx bağlıdır. Onlar inanırlar ki, ABŞ başqa bir dövlətin – İsrail də daxil olmaqla – adından müharibəyə girməməlidir. ABŞ-ın faydası olmayan və zəruri sayılmayan müharibələrə cəlb edilməməsi tələb olunur.
Bu mövqeni dəstəkləyənlər arasında Milli Təhlükəsizlik Şurasının üzvləri, Nümayəndələr Palatası və Senatın bəzi üzvləri, müxtəlif ictimai təşkilat liderləri, jurnalistlər, media nümayəndələri və sosial şəbəkə fenomenləri yer alır. Savaşa birbaşa müdaxiləyə qarşı çıxan bu qrupun başında isə Trampa yaxın və ya onunla münasibətlərini qoruyub saxlayan siyasətçilər dayanır. Onlardan biri də onun birinci dönəmdə strateji müşaviri olmuş Stiv Bennondur. Bennon bu vəziyyəti İraq təcrübəsinin təkrarı kimi görür və ABŞ-ın mənasız müharibələrə girməsinin onu gücləndirmədiyini, əksinə zəiflətdiyini düşünür. Bu istiqaməti təmsil edən bəzi Nümayəndələr Palatasının üzvləri də ABŞ qüvvələrinin Konqresin təsdiqi olmadan müharibəyə daxil olmasını qadağan edən qanun layihəsini dəstəkləməyə razılaşıblar. Bu qanunun hazırlanmasında Respublikaçı Tomas Masi ilə Demokrat Ro Xanna arasında qeyri-adi bir əməkdaşlıq olub. MAGA hərəkatının içində başqa bir istiqamətin isə ABŞ-ın müharibəyə birbaşa qatılmasını dəstəklədiyi doğrudur. Lakin bu Tramp üçün yaxşı xəbər deyil, çünki bu, onun Ağ Evə dönüşündə həlledici rol oynayan hərəkatın parçalanma riskini daşıyır.
Beləliklə, Trampın iki çətin seçim arasında qaldığı aydın olur:
– ya müharibəyə birbaşa qoşulub MAGA-nı parçalamaq və seçici bazasının önəmli hissəsini itirmək riskini almalı,
– ya da İsrailə dəstək verməklə kifayətlənib İranın nüvə imkanlarının tamamilə məhv edilməsinə yönəlmiş fürsəti qaçırmalı.
Bu səbəbdən, birbaşa müharibəyə qarşı çıxanların əslində Əfqanıstan və İraqda olduğu kimi yeni münaqişəyə sürüklənməkdən qorxduqlarına əsaslanaraq, tam hərbi müdaxilə olmadan, üç nüvə obyektinə hava zərbələri endirməklə kompromis yolunu seçdi. Tramp, əməliyyatdan qısa müddət sonra bildirdiyinə görə, əgər yalnız bu üç obyekt bombalanıbsa, deməli, qarşılıqlı təzyiqləri uğurla dəf edə bilib.