Bitcoin yenidən 111 min dollar həddini keçdi
Kriptovalyuta səhmləri bahalaşdı
20:55 | 8 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 89 dəfə baxılıb
Şriftin ölçüsü
Kriptovalyuta səhmləri bahalaşdı
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
“Bernstein”, “JP Morgan” və “Jefferies”dəki analitiklər, rəqəmsal aktiv birjası “Bullish” üçün ümumiyyətlə neytral mövqedə qiymətləndirmələrə başlayıblar. ABŞ bazarına girişin böyüməni dəstəkləyə biləcəyini, lakin mövcud dəyərləndirmələrin yaxın perspektivdə yüksəliş potensialını məhdudlaşdıra biləcəyini bildiriblər.
“Bernstein”, “Bullish” üçün bazar performansı reytinqi və 60 dollar hədəf qiymət ilə dəyərləndirməyə başlayıb. Analitiklərə görə şirkət, 2026-cı ildə ABŞ əməliyyatını uğurla başlatdığı halda, “Coinbase”dən sonra ən böyük ikinci korporativ kripto birjası ola bilər: “Güclü bir ABŞ açılışı bizi daha nikbin edəcək”.
Bununla birlikdə, erkən mərhələdə tətbiqin kritik önəm daşıyacağı barədə xəbərdarlıq ediblər.
Analitiklər “Bullish”in 2027-ci ilədək ABŞ korporativ spot həcmlərinin təxminən 8%-ni ələ keçirməsini gözləyir və derivativlər ilə “stablecoin” əlaqəli xidmətlərdə genişlənən gəlir imkanları görürlər.
“JP Morgan” neytral reytinq və 50 dollar hədəf qiymətlə dəyərləndirməyə başlayıb.
Vasitəçi qurum “Bullish”in texnologiyasını və korporativ müştərilərə yönəlməsini üstünlük kimi göstərib və “Likvidite” xidmətləri bölməsinin “stablecoin”lərin böyüməsindən faydalanmaq üçün mövqe tutduğunu qeyd edib.
Bununla birlikdə “JP Morgan” əməliyyatın imkanlar dəstinə görə hələ ölçək baxımından aşağı səviyyədə olduğunu bildirərək şirkəti “kritik bir yetkinlik nöqtəsində” kimi təsvir edib.
“Jefferies” tut (saxlayıb satmamaq) reytinqi və 49 dollar hədəf qiymət ilə dəyərləndirməyə başlayıb. “Bullish”in texnologiya yönümlü məhsuldarlığını və əməliyyat miqyası böyüdükcə gözlənilən marja genişlənməsini vurğulayıb.
“Likvidite” xidmətləri, məlumat və indekslər kimi təkrarlanan gəlir mənbələrinin 2027-ci ilədək ümumi gəlirdəki paylarını demək olar ki, iki dəfə artıracağı proqnozlaşdırılıb. Lakin səhm proqnozu 2026-cı il FAVÖQ-ün təxminən 46 qatında qiymətləndirilir və “Jefferies” risk-gəlir nisbətinin mövcud səviyyələrdə daha balanslı göründüyünü bildirib.
“Stablecoin”lər haqqında son ABŞ qanunvericiliyi də daxil olmaqla, tənzimləyici aydınlıq, qəbul üçün katalizator rolunu oynaya bilər və “Bullish”in rəqəmsal aktivlərdə uzun müddətli korporativ standart kimi mövqeyini möhkəmləndirməsinə kömək edə bilər.