
Yüksək dəyərləndirmədə ehtiyatlı yanaşma
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Ötən həftəni itkiylə bağlayan səhmlər yeni iş günündə üzləri güldürdü
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
“S&P 500” ilin əvvəlindən bəri 10 faizin üzərində dəyər qazanıb
Qlobal bazarlarda istiqraz qazancı təzyiq yaradır
“S&P 500” üçün süni intellekt yüksəlişi proqnozu
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
BTC təzyiq altında, ETH və SOL sərmayəçilərin radarında
ABŞ xarici kripto birjalarına tənzimləyici aydınlıq gətirdi
“JPMorgan” ilin sonu üçün “Bitcoin” proqnozunu açıqladı
Maykl Seylorun (Michael Saylor) rəhbərlik etdiyi “Strategy” (“MSTR”), son rübdə əldə etdiyi güclü maliyyə nəticələrinə və “S&P 500” indeksinə daxilolma meyarlarını qarşıladığına baxmayaraq, indeksə qəbul edilmədi. Bu qərardan sonra “Strategy” səhmləri sentyabrın 5-də sessiya bağlandıqdan sonrakı əməliyyatlarda 3% ucuzlaşaraq gün içində qazandığı dəyəri itirdi. İndekslə bağlı gözləntilər şirkətin görünürlüğünü artırmaq və daha geniş investor bazasına çıxış əldə etmək baxımından mühüm sayılırdı.
Qərarda əsas sürpriz isə “Robinhood” (“HOOD”) platformasının “S&P 500” indeksinə əlavə olunması oldu. Rəqəmsal aktivlər və səhmdar brokerlik xidmətləri göstərən “Robinhood” kripto sahəsində genişlənən fəaliyyəti ilə tanınır. İnstitusional indeksə qəbul xəbəri sonrası “HOOD” səhmləri qeyri-rəsmi ticarətdə 7% artdı. Bununla da “S&P 500” daxilində kripto ilə bağlı şirkətlərin sayı “Coinbase” və “Block”la birlikdə üçə yüksəldi. Sözügedən dəyişikliklərin 22 sentyabr 2025-ci ildən qüvvəyə minəcəyi açıqlanıb.
“Strategy”nin “Bitcoin” strategiyası – 71 milyard dollar dəyərində 638.460 BTC
“Strategy” kripto aktivlərinə yatırımları ilə diqqət çəkməyə davam edir. Şirkətin qurucu ortağı və İdarə Heyətinin sədri “Michael Seylor”un açıqlamasına görə, hazırda ümumilikdə 638.460 ədəd “Bitcoin” saxlanılır. Bu miqdar, “Bitcoin”in 21 milyonluq ümumi arzının təxminən 3%-nə bərabərdir. Saxlanılan portfelin dəyəri 71 milyard dollar civarındadır və orta alış qiyməti 73.880 dollar səviyyəsindədir. Beləliklə, şirkətin kağız üzərində potensial qazancı təxminən 24 milyard dollara çatır.
Bu alışlar “MSTR” səhmlərinin at-the-market (ATM) metodu ilə satışı və həmçinin şirkətin buraxdığı dörd növ müddətsiz imtiyazlı paylardan əldə olunan gəlirlərlə maliyyələşdirilib. Buraya “STRK”, “STRF”, “STRD” və “STRC” daxildir. Hər biri fərqli gəlir və risk profili ilə formalaşdırılıb.
“STRK”, “STRF”, “STRD” və “STRC” pay strukturu və “42/42” kapital planı
“Strategy”nin imtiyazlı səhmləri müxtəlif investor profillərinə uyğunlaşdırılıb:
“STRD” – 10% dividend gətirən, çevrilməyən və yüksək risk-yüksək gəlir xüsusiyyəti ilə seçilən paydır.
“STRK” – 8% dividendli, çevrilə bilən strukturuyla kapital artımı potensialı təqdim edir.
“STRF” – 10% dividendli, yığımlı (kümülatif) və ən konservativ quruluşda təqdim olunur.
“STRC” – dəyişkən faizli, yığımlı və aylıq gəlir təmin edən elastik modeldir.
Bu kapital alətləri şirkətin strateji kapital artırma proqramının bir hissəsidir. Əvvəlcə “21/21” adı ilə açıqlanan (21 milyard dollar kapital + 21 milyard dollar istiqraz) plan, investor marağına uyğun olaraq ikiqat artırılıb və “42/42” proqramına çevrilib. Şirkət bu yolla 2027-ci ilə qədər ümumilikdə 84 milyard dollar toplayaraq “Bitcoin” portfelini daha da genişləndirməyi hədəfləyir.
“Strategy”nin mövcud mövqeyi və kapital strategiyası şirkəti həm fərdi, həm də institusional investorlar üçün unikal mövqeyə çıxarır. Lakin “S&P 500”ə daxil edilməməsi sektor üçün mühüm gözləntilərdən birinin bu mərhələdə reallaşmadığını göstərdi. Şirkətin bazar görünürlüğünü artırmaq və “Bitcoin” əsaslı institusional yatırım modelini gücləndirmək üçün izlədiyi yol xəritəsi isə qarşıdakı dövrdə diqqətlə izləniləcək.