Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
09:46 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 190 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
“JPMorgan Chase & Co.” beynəlxalq investisiya bankı və maliyyə xidməti şirkəti Federal Ehtiyat Sisteminin (FED) gözlənilən faiz endirimlərinin ABŞ səhm bazarlarında düşüşə səbəb ola biləcəyini bildirərək, “VIX” (Cboe (Chicago Board Options Exchange) Volatility Index – Çikaqo Seçimlər Birjasının Volalitlik İndeksi) opsionlarının alınmasını və riskdən qorunma məqsədilə altın mövqelərinin artırılmasını tövsiyə edib.
Bankın qlobal bazar kəşfiyyatı rəhbəri Endrü Tayler (Andrew Tyler) bildirib ki, “Mövcud buğa bazarı dayandırıla bilməz görünür, yeni dəstək səviyyələri yaranır”, amma sentyabrın 17-də keçiriləcək Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında FED-in geniş şəkildə gözlənilən faiz endirimini həyata keçirməsi “sell the news” (“xəbəri gözləyərkən al, açıqlanınca sat”) strategiyasına səbəb ola bilər.
“JPMorgan” bazar qeydində inflyasiya, məşğulluq və ticarət müharibəsi kimi bir sıra risk faktorlarına diqqət çəkərək, aşağı inandırıcılığa malik taktik yüksəliş proqnozunu qoruyub. Həmçinin, fərdi investorların adətən sentyabr ayında iştiraklarını azaltdığını, az sayda şirkətin isə öz səhm alışlarını davam etdirdiyini vurğulayıb.
“S&P 500” indeksi, ABŞ Prezidenti Donald Trampın qlobal ticarət müharibəsində ilk addımını atdığı aprel ayındakı ən aşağı səviyyəsindən 30%-dən çox artıb. Bazarlar hələ də müqavimətli olduğunu göstərsə də, gömrük vergilərinin təsiri tam hiss edilməyib və son zamanlarda zəif məşğulluq məlumatları açıqlanıb. Investorlar, adətən ilin ən pis ayı hesab edilən bu dövrdə, gözlənilən faiz endirimindən əvvəl narahatdırlar.
Tayler qeyd edib ki, sentyabrın 12-də açıqlanacaq istehlakçı qiymət indeksi məlumatı, FED-in faiz endirim qərarını dayandırmaq ehtimalının aşağı olduğunu göstərir. Onun sözlərinə görə, dövlət və özəl şirkətlərdən gələn inflyasiya məlumatları, daha çox “gömrük tariflərindən qaynaqlanan maliyyət təsirləri”nin yaxınlaşdığını göstərir: Faiz endirimləri həmçinin əmək tələbinin artmasına səbəb ola bilər və bunun nəticəsində adətən “yapışqan” (qalıcı) xarakter daşıyan əmək haqqı inflyasiyası baş verə bilər”.
Keçən həftə “Morgan Stanley”dən Maykl Uilson (Michael Wilson) mövsümi zəifliyi qəbul edərək, düşüşlərdə alış tövsiyə etmişdi. “JPMorgan”ın alqı-satqı masası, “Cboe Volatility Index”ə bağlı opsionların alınmasını və qızıl mövqelərinin artırılmasını məsləhət görüb.