
“Bitcoin”də nüfuz mübarizəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
BTC təzyiq altında, ETH və SOL sərmayəçilərin radarında
ABŞ xarici kripto birjalarına tənzimləyici aydınlıq gətirdi
“JPMorgan” ilin sonu üçün “Bitcoin” proqnozunu açıqladı
“Tether” “Bitcoin” şəbəkəsində USDT-ni işə salmağa hazırlaşır
Satış təzyiqi artarkən kapital “Ethereum”a yönəlir
Azərbaycanda ilk dəfə ...
FED faiz endirimi gözləntilərinə baxmayaraq kripto ən azı 4.5 min dollar dəyər itirdi
Kriptovalyuta bazarı kəskin yüksəldi
FED rəsmisi: ““Stablecoin”lər ABŞ dollarının qlobal rolunu genişləndirə bilər”
“Goldman Sachs”: “Sabit kriptovalyutalarda ‘qızıl hərası’na bənzər dövr başlayır”
Yuan dəstəklı sabit kriptovalyutalar gündəmdə
Sentyabr ayının ilk həftəsində kriptovalyuta bazarları dalğalı, amma yön göstərən inkişaflarla sarsıldı. “Bitcoin” həftəyə sərt bir geri çəkilmə ilə başlayaraq investorları narahat etsə də, makroiqtisadi gözləntilər, institusional alışlar və siyasi müzakirələrin təsiri altında toparlanaraq həftəni müsbət tamamladı.
Bu həftə bazar hərəkətlərini yalnız qiymət dəyişimi ilə izah etmək mümkün deyil. Arxa planda gedən makro hekayələr, böyük oyunçuların strateji addımları və “Bitcoin” ətrafında dövr edən siyasi manevrlər bazarı bir şxhmat taxtasına çevirdi. Gəlin, bu gərgin həftənin günlük inkişaflarını və əsas analizləri birlikdə nəzərdən keçirək.
Həftənin ilk günü (sentyabrın 1-i) “Bitcoin” üçün şok edici başladı. Həftəyə 108.615 dollardan başlayan BTC, günün erkən saatlarında iyul başından bəri ən aşağı səviyyə olan 107.274 dollara qədər gerilədi. Bu sərt düşüş, görünməz amma güclü oyunçuların – yəni “balinaların” – pulqabılarını hərəkət etdirməsi və böyük miqdarda BTC-nin “Ethereum”a çevrilmək üçün pulqabı dəyişdirməsi ilə bağlı raporlarla dəstəkləndi.
Lakin əsl təsir edici faktor başqa idi – investorlar ABŞ-dan gələcək kritik qeyri-kənd təsərrüfatı işçi qüvvəsi məlumatını gözləyərkən, qeyri-müəyyən atmosferdə satış tərəfi üstün gəldi. Bununla yanaşı, mövsümi “Qırmızı sentyabr” hekayəsini unutmamaq lazım idi. Maliyyə dünyasında sentyabr ayı, səhm və kripto kimi riskli aktivlər üçün tarixən zəif keçən bir dövr olaraq bilinir. Bazar-bazar ertəsi bu əfsanəni xatırlatdı.
FED-dən əsən yumşaq küləklər: BTC 111.000 dolları geri aldı
Kripto bazarlarında qorxu havası uzun sürmədi. Çərşənbə axşamı (sentyabr 2-si) ABŞ Mərkəzi Bankı (FED) tərəfindən gələn faiz endirimi siqnalları bazarı rahatlatdı. Investorlar sentyabrın 5-də açıqlanacaq işçi qüvvəsi məlumatına kilidlənmişdi və FED-in faizləri 25 baza bəndi endirəcəyi gözləntiləri %89-a yüksəldi. Bu optimist atmosfer “Bitcoin”in toparlanmasına zəmin yaratdı – qiymət %1,8 artaraq 111.110 dollara yüksəldi.
Həmin gün diqqət çəkən başqa bir hadisə isə Maykl Seylorun (Michael Saylor) rəhbərlik etdiyi “Strategy” firmasından gəldi. Şirkət 4.048 – yəni 449 milyon dollar dəyərində “Bitcoin” satın aldı. Orta qiymət təxminən 110.981 dollar idi. Bu addım institusional oyunçuların “Bitcoin”ə olan inancının hələ canlı olduğuna işarə etdi.
Fırtına öncəsi sakitlik
Bir gün əvvəlki yüksəlişdən sonra investorlar sentyabrın 3-də nəfəs almağa çəkildi. Makro sahədə işçi qüvvəsi məlumatlarının qeyri-müəyyənliyi davam edərkən, “Bitcoin” qiyməti 110.000–112.000 dollar aralığında dalğalandı. Qızıl və dollar kimi təhlükəsiz limanlar önə keçərək risk iştahasını əngəllədi, ABŞ-da artan borc səviyyələri və yüksələn istiqraz gəlirləri qlobal miqyasda riskli aktivlərdən qaçışı sürətləndirdi.
Texnologiya səhm və kripto aktivlər bu vəziyyətdən mənfi təsirləndi. Bundan əlavə, ABŞ-da Tramp administrasiyasının tətbiq etdiyi gömrük tariflərinin bir çoxunun apellyasiya məhkəməsi tərəfindən qanunsuz elan edilməsi və Yüksək Məhkəməyə daşınma ehtimalları, siyasi qeyri-müəyyənliyi artırdı. “Bitcoin”in istiqamətini müəyyən etmək üçün gözlər artıq tam olaraq sentyabrın 5-nə çevrilmişdi.
İnvestorlar gözləmə mövqeyində ikən Tramp cəbhəsi səhnəyə çıxır
Sentyabrın 4-də bazarlar ümumi təmkinlilik nümyiş etdirdi. “Bitcoin” qiyməti 110.632 dollarda stabilləşdi. Lakin bu sakitliyin arxasında siyasi bir külək vardı. Tramp ailəsinin dəstəklədiyi mədən şirkəti “American Bitcoin”, “Nasdaq”da ticarətə başladı. İlk gündə səhmlər %16,5 artaraq Tramp ailəsinə birjada 1,5 milyard dolların üzərində dəyər qazandırdı.
Buna baxmayaraq, kripto investorları bu hadisəyə maraq göstərmədi. Birincisi, Tramp ailəsinin əvvəllər bazara çıxardığı “WLFI” tokeninin investorları məyus etməsi idi. İkincisi, bu cür siyasi fiqurlara bağlı tokenlərin yüksək dəyişkənlik və aşağı etibarlılıqla yadda qalması idi. Nəticədə BTC tərəfdə qiymətləndirmə yönsüz qaldı.
Son viraj və yüksəliş
Həftə bağlanarkən bazarların ciddi diqqət yetirdiyi tək məsələ qeyri-kənd təsərrüfatı işçi qüvvəsi məlumatı idi. Bu məlumatın faiz endirimi qərarına birbaşa təsir edəcəyi gözləntisi “Bitcoin”ə müsbət əks olundu. Səhər saatlarında BTC qiyməti %0,8 artaraq 111.537 dollara yüksəldi. “CME FedWatch Tool”un məlumatına görə bazarlar artıq sentyabr ayında 25 baza bəndi faiz endirimi ehtimalını %96-dan çox qiymətləndirmişdi.
Gözləntilərin altında gələn qeyri-kənd təsərrüfatı işçi qüvvəsi məlumatından sonra “Bitcoin” 113.000 dollar bölgəsinə yüksəldi, lakin burada uzun müddət duruş gətirə bilmədi. Bazar, həftə boyu açıqlanan işçi qüvvəsi məlumatlarının ardından TDI-də düşüş gözləyərkən bu gözləntinin qiymətə daxil olunması ilə “Bitcoin”də sonrakı saatlarda sərt satışlar görüldü. Nəticədə kriptovalyuta 110.500 dollar səviyyəsinə çəkildi.
Həftəyə ümumi baxış
Makro faktorlar (faiz və işçi qüvvəsi məlumatları): FED-in faiz endirimi siqnalları və əmək bazarındakı zəiflik əlamətləri həftənin ən kritik qiymətləndiriciləri oldu. Bazalar sentyabrın 5-də açıqlanacaq qeyri-kənd təsərrüfatı məlumatını “trend təyin edici” kimi qəbul etdi.
İnstitusional alışlar: “Strategy”nin böyük “Bitcoin” alışları institusional inancın davam etdiyini göstərdi. Lakin bu alışlar qiymətə məhdud təsir etdi. Bu, böyük oyunçuların tək başına qiymətləri hərəkət etdirmək üçün kifayət etmədiyini göstərir.
Siyasi küləklər: Trampın həm kripto siyasətləri, həm də ailə dəstəkli şirkət və token layihələri gündəmdə idi. Lakin bazar bu cür inkişaflara temkinli yanaşmağı seçdi.
Texniki bölgə: “Bitcoin” 107.000 dollardan güclü dəstək aldı və 110.000–111.500 dollar səviyyəsinə geri döndü. Lakin 115.000 və 120.000 dollar hələ də çətin müqavimət bölgələri olaraq qalır.
Nəticə: “Bitcoin”in buhəftəki yüksəlişi əsasən makroiqtisadi zəmin tərəfindən dəstəkləndi. Lakin dəyişkənlik hələ yüksəkdir və investorlar bazarın mərkəzinə yerləşmiş FED hekayəsinə çox bağlıdır. ABŞ işçi qüvvəsi məlumatından sonra yeni bir istiqamət daha aydınlaşdı.
Məlumat axını FED-in faizləri endirməsinə zəmin hazırladı və ABŞ iqtisadiyyatındakı yavaşlama riskləri davam etdi. “Bitcoin”in 115.000–120.000 dollar bölgəsinə doğru yeni yüksəlişə hazırlaşması mümkün olmadı, əks ssenari baş verdi və 108.000–110.000 dollar bölgəsi yenidən test edildi.
Ötən həftə “Bitcoin” yalnız bir aktiv deyil, həm də qlobal makro hekayələr içində formalaşan bir fenomen olduğunu bir daha göstərdi.
Bu həftə ən çox yüksələn və düşən kriptovalyutalar
Toplam kriptovalyuta bazar dəyəri bu həftə 1,77% artaraq 3,83 trilyon dollara çatdı. Bazar əhval-ruhiyyəsini ölçən kriptovalyuta qorxu və risk iştahası indeksi 40 səviyyəsində neytral bölgədə qaldı. “Bitcoin” hakimiyyət payı bu həftə təxminən 0,87% artaraq 58,6%-a yüksəldi.
İlk 100 kriptovalyuta arasında bu həftə ən çox yüksələnlər
“MemeCore” (M): 198,73%
“Pump.fun” (PUMPf): 38,90%
“Zcash” (ZEC): 16,41%
“OKB” (OKB): 15,13%
“Worldcoin” (WLD): 12,21%
İlk 100 kriptovalyuta arasında bu həftə ən çox düşənlər
“Conflux” (CFX): 11,89%
“Pyth Network” (PYTH): 11,14%
“Cronos” (CRO): 10,19%
“Bonk” (BONK): 10,05%
“Pi” (PI): 9,94%