
Fərman ayın 1-dən qüvvəyə minir
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Pezeşkiyan xalqa müraciət etdi
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərinin perspektivi həmişəkindən daha yaxşı görünür. Bakı ilə Tehranın münasibətlərdəki gərginliyə son qoymaq səyləri regional proseslər üçün kritik əhəmiyyət kəsb edərək tərəflərin maraqlarının uzlaşdırılmasına yardımçı olur.
I
Bütövlükdə Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkianın ifadə tonu, bəyanatlarının mahiyyəti münasibətlərin dərinləşməsinə və genişləndirilməsinə aydın hazırlığı əks etdirir.
Ancaq diqqətə alına bilər ki, İranda Azərbaycanla əlaqələrin gücləndirilməsi istiqaməti üzrə mühüm addımlar atılsa da, daxili siyasi konyunkturada fikir ayrılıqları qalmaqdadır. Bununla belə, ən azından iki səbəbdən dolayı İrandakı radikal qüvvələr fəallığı sönük görünə bilər:
1. İran daxili və xarici siyasətdə strategiyası məğlubiyyətə uğramış əhəmiyyətli transformasiyadan keçir. Azərbaycan Prezidenti İlham Əliyevin İranda artan nüfuzu həmin proseslərin bir hissəsinə çevrilir. Bu transformasiya İran elitasını yeni hekayələr yaratmağa doğru istiqamətləndirir və Azərbaycan həmin trayektoriyada əhəmiyyətli yer tutur.
2. İran baxışlarını və mövqelərini təhlükəsizlik məsələlərini əhatə edən nöqtəyə gətirərək Azərbaycanla əlaqələrin inkişafının zərurət olduğunu dərk edir. Tehran Azərbaycanın güclü və strateji xarici əlaqələri fonunda regional təhlükəsizlik izolyasiyasında qalmaq istəmir. Cənab Pezeşkianın Bakı səfəri Tehranla Vaşinqton arasında danışıqların sürətlə davam etdiyi bir vaxtda, eyni zamanda eskalasiya risklərinin mövcud olduğu həssas bir məqama təsadüf etməsi həmin mətləbi açır.
II
Məsud Pezeşkian Azərbaycan lideri İlham Əliyevlə görüşdə məzmunca Zəngəzur dəhlizinə ölkəsinin razılığını dolayı yolla ifadə etmiş oldu.
1. Azərbaycan böyük güclər miqyasında – Rusiya, ABŞ, Böyük Britaniya, Çin Zəngəzur dəhlizi barədə razılıq almağı bacarıb. İranın isə Yaxın Şərqdə məğlubiyyətə uğraması fonunda regionda alternativ olaraq müqavimət göstərə bilmək potensialı qalmayıb.
2. Səbəb nə olursa-olsun, İranda da Zəngəzur dəhlizinə geniş perspektiv kimi baxanlar varsa, bunun özü regiondakı dinamikalarda Azərbaycanın mövqelərinin irəliləməsinə gətirib çıxaracaq. Lakin İranın mövqeyini birbaşa köklü dönüş kimi də xarakterizə etmək tezdir və mümkün variantlardan biri kimi, Tehran gələcək siyasi bəyanatlarında yenidən “qırmızı xətləri” xatırladacaq. İranın etiraz notuna baxmayaraq, bu, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı prioritetlərində Tehranın güclü müqavimət göstərə bilmək ssenarilərini istisna edəcək.
III
Məsud Pezeşkianın Azərbaycan-İran biznes forumunda “Heydərbabaya salam”dan bir hissəni səsləndirməsi müsbət haldır və əlaqələrin etnik bağlılıq üzərindən də gücləndirilməsinə motivasiyadır.
Bununla belə, cənab Pezeşkianın tezisləri İranın ideoloji və kəşfiyyat laboratoriyaları tərəfindən hazırlanmış “Kassetlər” sənədli filmindəki ideyalarla güclü oxşarlıq təşkil etməkdədir. İran üçün “Arazın hər iki tərəfi” anlayışı İranın dövlət ənənələri və onun ideologiyasının yayılmasını əhatə edən məsələlərdən kənara çıxmır.
Yəni, Pezeşkianın “Ayrılıq” notları ciddi və əhatəli inteqrasiya istiqamətləri üçün yaxşı rol oynasa da, İran dövlət ağlında daha dərin mənalara malik strategiya mövcuddur...