Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
15:41 | 11 aprel 2025 | Cümə
Məqaləyə 378 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
ABŞ və Rusiya nümayəndələrinin İstanbulda keçirilən danışıqları ikitərəfli diplomatik-siyasi əlaqələrin nizamlanması ilə əlaqədar məsələləri əhatə edir.
Daha doğrusu informasiyalar bu istiqamətdədir, bununla belə ABŞ-Rusiya əlaqələrindəki qarşılıqlı hörmətə əsaslanan sistemin bərpası Ukraynadakı münaqişənin nəticələrindən asılıdır.
Moskva ilə Vaşinqtonun Ukraynadakı müharibənin tənzimlənməsini asanlaşdırmaq üçün birgə səy göstərdikləri artıq sirr deyil, bu isə Kiyevin milli və təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir.
Ukraynada narahatlıq var ki, Rusiya ABŞ ilə danışıqlara müharibədəki gələcək hücum səylərini gücləndirmək vasitəsi kimi baxır.
ABŞ-nin Donald Trampın administrasiyası dövründəki Ukrayna ilə əlaqədar fərqli yanaşmaları, Vaşinqtonun resurslarını Çinlə tarif müharibələrinə yönləndirməsi Kiyevdən diqqəti yayındırır. Ukrayna Rusiya ilə ABŞ danışıqları, Ağ Evlə Çin arasındakı ticarət savaşına görə öz mövqelərinin beynəlxalq aləmdə sıfıra düşməsini arzulamır.
Ukraynanın nəzərləri öz üzərinə çəkərək yenidən bir nömrəli beynəlxalq prioritet olması üçün o, döyüş meydanında ciddi nəticələr əldə etməlidir.
Bu, hələlik baş vermir, əksinə Ukraynanın ərazi itkiləri getdikcə çoxalır. Bir məsələni də nəzərdə saxlamaq lazımdır ki, Rusiyanın da hücum tempi son 5 ayda yüksək intensivliyini azaldıb. Belə bir məqamda Ukrayna üçün güclü əks-hücum əməliyyatları keçirmək şansı yaransa da, ABŞ-nin yardımlara və Kiyev üçün tərtib etdiyi kəşfiyyat məlumatlarına əhəmiyyətli məhdudiyyətlər qoyması Kiyevin əlini-qolunu bağlayır.
Bu baxımdan Ukraynanın taleyini birbaşa olaraq ABŞ-Rusiya danışıqları deyil, müharibə meydanındakı əməliyyat şəraiti müəyyənləşdirir. Ukraynanın müqavimət gücü hara qədər olacaq – bunun hesabını indidən təqdim etmək çətindir.