Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
09:51 | 3 mart 2025 | Bazar ertəsi
Məqaləyə 640 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Ermənistanda konstitusiyaya dəyişikliyi ilə bağlı müzakirələrin rəsmi səviyyədə qüvvətlənməsi Prezident İlham Əliyevin diktə etdiyi mövqelərə əsaslanır.
Məntiqlə, Ermənistanın yeni konstitusiyası Nikol Paşinyan və komandasının ərsəyə gətirəcəyi bir kodeks deyil. Bu, daha çox Prezident İlham Əliyevin yazdığı və diktə etdiyi prinsiplərdir, çünki Ermənistan Azərbaycanın regionda yeni reallıq yarada bilmə gücünün bundan sonra da davam edə biləcəyini istisna etmir.
Ermənistan konstitusiya dəyişikliyinə getməzsə, deməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi bazasını saxlamış olacaq. Ana qanuna dəyişikliklə isə həmin baza aradan qalxacaq və bu, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına maneə olan hüquqi əngəlləri aradan qaldıracaq. Ona görə də Ermənistan bütün bu reallıqları və Azərbaycanın geosiyasi oriyentirinin nə qədər güclü olduğunu başa düşərək, müəyyən mənada İlham Əliyevin tələblərinə boyun əymək məcburiyyətində qalır.
Azərbaycan indi üçün Ermənistanda konstitusiyaya sivil qaydada dəyişiklik edilməsinin tərəfdarıdır. Ermənistan buna əməl etməsə, Azərbaycan sərhəddə əlavə əməliyyatlar aparmaqla yeni düzən formalaşdırmağa qadir olduğunu bir daha göstərəcək. Ona görə də Ermənistan Azərbaycanın tələblərinə, şərtlərinə, formalaşdırdığı yeni doktrinaya tabe olmaq zərurətlərini hiss edir.
Rəsmi İrəvanın Azərbaycana qarşı geosiyasi dönüş nöqtəsi yarada bilmə potensialı isə yoxdur. Çünki bu dövlət ilk növbədə Rusiyanın, Avropa İttifaqının, ABŞ-nin poliqon mərkəzinə çevrilib.
İkinci növbədə, İranın Ermənistanla bağlı ambisiyaları getdikcə genişlənir və rəsmi Tehran daha İrəvanın təhlükəsizlik zəmanəti kimi deyil, İrəvana təhdid yaradan formada çıxış edir.
Yəni hazırda Ermənistanın təhlükəsizliyi İran üçün o qədər də önəm daşımır. Həmçinin Ermənistan İrana qarşı gedə bilmək potensialında deyil və buradan hər hansı siqnal veriləndə Tehran dərhal İrəvana müəyyən xəbərdarlıq mesajları göndərir.
Göründüyü kimi, Ermənistan regionda təklənmiş durumdadır. Bu strateji mənzərə Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə və Ermənistana qarşı hüquqi aspektləri genişləndirməyə imkan verir.