İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:59 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 332 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İsrail-İran hərbi eskalasiyanın atəşkəslə dayandırılması baş tutsa da, tərəflər arasındakı münaqişənin sonlanmasından danışmaq tezdir. Ancaq Yaxın Şərqdəki İsrail-İran qarşıdurmasındakı misli görünməmiş təcrübə bir neçə mətləbi üzə çıxaracaq.
1. İlk növbədə qlobal nizam və onun qaydaları, regionlar üzrə paylanma əmsalı Rusiya-Ukrayna müharibəsinin gedişatına uyğun olaraq dəyişir. Gələcək trayektoriyada İranla İsrailin perspektiv əlaqələrində tərəflərin bir-biri ilə danışıq aparması üçün yaxşı bir presedent yaranır. Bu, tərəflərin strateji məqsəd və vəzifələrini sürpriz görüşlər vasitəsilə bir-birlərinə çatdırması üçün unikal diplomatik kanal ola bilər. Ehtimalla, Çin, Rusiya və ABŞ arasında İran-İsrail münasibətlərinin tənzimlənməsi üçün moderatorluq uğrunda mübarizə gedəcək. Lakin İsrail-İran raket müharibəsində Azərbaycanın strateji təmkinə əsaslanaraq tutduğu mövqe onun da brokerlik üçün təsir imkanlarını artıra bilər.
2. Tel-Əvivlə Tehran arasındakı hərbi eskalasiya başqa bir tərəfdən Rusiya-ABŞ əlaqələrindəki dinamikadan qaynaqlanırdı.
İranla İsrail arasındakı əlaqələrdə müharibə ritorikası yeni olmasa da, baş verən toqquşma elə Ukraynadakı müharibənin yaratdığı geosiyasi təsirlərin bir hissəsi idi. Donald Trampın 2025-ci ildə ikinci dəfə prezidentlik fəaliyyətinə başlamasından sonra onun Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkofun Ukrayna müharibəsi üzrə danışıqlardakı iştirakı da hər şeyi deyə bilər. Rusiya ilə ABŞ Ukraynadakı müharibə ilə Yaxın Şərqdəki dinamikaları tutuşdurmaq və nəticələri bölüşdürmək üçün bir plan hazırlığında görünə bilərdi. Lakin bunun yekun sövdələşmə üçün hansı təsirlər yaratdığı sual altındadır. Görünən isə budur ki, Rusiyanın İrana soyuq dəstək göstərməsi, nüvə proqramının inkişafı ilə əlaqədar ABŞ ilə aşağı-yuxarı eyni mövqeni bölüşməsi də təsadüf deyildi.
3. İranla İsrail arasındakı qarşıdurma xətləri İrandaxili ali rəhbərlik institutunda imtiyaz qazanmaq proseslərini sürətləndirdi.
İranda ali rəhbər Seyid Əli Xameneyinin hakimiyyətdən getməsi ehtimallarına uyğun olaraq onun əvəzlənməsi üçün fövqəladə vəziyyət planının hazırlandığı bildirilir. Başqa yandan, İran daxilində bəzi ruhanilərin və mötədil qüvvələrin İsraillə münasibətlərdə atəşkəsə nail olmaq səylərinin artdığı vurğulanır ki, bu da post-Xameneyi dövrü üçün siqnalların güclənməsinə eyham vurur.
4. Çinin Tayvana müdaxiləsi versiyaları bundan sonra beynəlxalq müzakirələrdə öz çəkisini ağırlaşdıracaq. Yaxın Şərqdəki dinamikalardan sonra Asiya-Sakit Okeanı regionunda da səs-küy doğuracaq hadisələrin baş verəcəsi istisna deyil. Bu, geostrateji məntiqin bir davamıdır, lakin onun birbaşa necəliyini təsvir etmək asan deyil.
5. Azərbaycan-Ermənistan münasibətlərindəki sülh gündəminə qayıdış yeni regional reallıqlarla tutuşdurulacaq. Azərbaycanın Zəngəzur dəhlizini açması üçün fəaliyyətlərini intensivləşdirəcəyi həm də İranla yeni münasibətlər fonunda irəliləyəcək.