Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:28 | 10 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 529 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Ukraynadakı müharibəni keçmiş Qarabağ münaqişəsi ilə müqayisə etməsinin pərdəarxası...
I. Texniki geopolitik detal
Kremldən verilən açıqlama Rusiyanın Ukraynada apardığı hərbi kampaniya nəticəsində geosiyasi kövrəkliyə düşməsini izah edir. Rusiya buna görə də, özünün güc olmaq iddiasının zəifləmədiyini, xarici və müdafiə siyasətini postsovet məkanı üzərində tənzimlədiyini göstərən informasiya əməliyyatlarına ehtiyac duyur.
Bununla belə, Rusiyanın hekayələri Azərbaycanın suverenlik, müstəqillik, təhlükəsizlik sahələrinə müdaxilə edə bilmək imkanlarından uzaqdır. Rusiyanın Azərbaycanın Qarabağ münaqişəsini bitirməklə yaratdığı reallıqları dəyişdirmək potensialı və müqavimət ruhu yoxdur.
Bundan başqa, ümumiyyətlə Rusiya xarici siyasətinin Cənubi Qafqaz oxu üzrə dinamikası çoxdan dəyişikliyə məruz qalıb ki, bu da Kremli Azərbaycanla əməkdaşlıq sahələrini genişləndirməyə sövq edir.
II. Ermənistan amili
Medinskinin bəyanatı hazırda Azərbaycanla Rusiya arasında Ermənistanla bağlı yaranmış fikir ayrılıqlarına mümkün işarələrdir. Ehtimalla Rusiya:
1. Ermənistanın təhlükəsizliyi, erməni kilsəsi ilə Nikol Paşinyan arasındakı qarşıdurma xətlərinə nəzarətdə Azərbaycanla Türkiyənin üstün mövqelərə çıxmasından narahatdır,
2. Azərbaycanla Ermənistanın sülh gündəliyinə Moskva mərkəzli tezislər əlavə etməyə çalışır.
III. Kəşfiyyat detalı
Mayın axırlarında dünyanın kəşfiyyat orqanlarının şefləri Rusiya Təhlükəsizlik Forumuna toplaşdı. Yəqin ki, Medinskinin açıqlaması qapalı görüşlərdəki məxfi qrifli məlumatların paylaşılmasına, onun Moskva tərəfindən təhlilinə və prosesdə Azərbaycanı hansısa oyuna cəlb etmək cəhdlərinə əsaslanır. Bunun ən dərinlikdəki məqamları barədə dəqiq fikir yürütmək çətindir. Ancaq bir neçə məsələ araşdırma predmeti ola bilər:
– Azərbaycanın NATO ilə əlaqələri müsbət meyarlar üzrə inkişaf etdirməsi, bunun Xəzər dənizinin təhlükəsizliyindəki rolu və əhəmiyyəti,
– Rusiyanın Azərbaycandan Ukrayna əleyhinə yardım tələb etməsinə Bakının isti yanaşmaması səbəblərindən Azərbaycanla olan ziddiyyətli maraqları qabardır. Açıqlamanın İstanbul danışıqlarından sonra verilməsi də məncə təsadüfi sayıla bilməz.
– Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərdəki dinamikalar və bunun Rusiyanın maraqları ilə uyğunsuzluğu,
– İranın nüvə proqramı ilə əlaqədar Rusiya ilə ABŞ-nin eyni mövqeni bölüşməsi və Azərbaycanın regional təhlükəsizlikdən dolayı məsələyə həssas yanaşmaları,
– Azərbaycanın Rusiyada sığınacaq almış separatçılara qarşı keçirdiyi kəşfiyyat əməliyyatları Kremldəki qüvvələri Bakıya qarşı fəallaşdırır.