Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
10:56 | 10 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 83 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ prezidenti Donald Trampdan Los-Ancelesdəki etirazlarla bağlı yeni açıqlamalar gəlib. Hadisələrin nəzarətdən çıxmaması üçün Milli Qvardiyanı aktivləşdirdiklərini bildirən Tramp bu addımı “vətəndaş müharibəsi deyil, hüquq-mühafizə orqanları”, – kimi təsvir edib.
Prezident Trampın sözlərinə görə, etirazların davam etdiyi Los-Anceles küçələrinə nəzarət etmək üçün təyin edilmiş Milli Qvardiya bölmələri mühüm rol oynayıb. “Əgər tədbir görməsəydik, bu, iğtişaşlara çevrilə bilərdi”, – deyən Tramp, müdaxilənin zəruri olduğunu vurğulayıb.
Tramp Kaliforniya qubernatoru Qeyvin Nyusomun ona ünvanladığı “vətəndaş müharibəsinə başlamaq” ittihamlarına da cavab olaraq sərt danışıb. O, “Mən vətəndaş müharibəsi istəmirəm, qanunları tətbiq edirəm. Nyusom bu böyük dövləti məhv edir. O, uğursuz bir qubernatordur. Göndərdiyimiz əsgərlər, əla iş gördülər”, – deyib.
Los-Ancelesdəki etirazlar ölkə daxilində də yaxından izlənilir. Tramp administrasiyasının gördüyü bu sərt tədbirlər də ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olur.