Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:07 | 5 may 2025 | Bazar ertəsi
Məqaləyə 364 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ ilə Ukrayna arasında Kritik Minerallarla bağlı imzalanmış saziş hərbi, siyasi və iqtisadi dinamikanı izah etməyə zərurət yaradır.
Mövzu ilə əlaqədar qısa bəzi tezislər diqqət çəkir.
1. Müqavilə Ukraynanın gələcək iqtisadi dirçəlişinə sərmayə qoymaq və ondan faydalanmaq üçün ABŞ-Ukrayna birgə idarə olunan fondu – Yenidənqurma İnvestisiya Fondunu yaratmağı nəzərdə tutur. Lakin investisiya və layihələrin şərtlərini müəyyən edəcək əlavə texniki sazişlər imzalanmalıdır. Bu, daha çox Ukraynanın ABŞ-ın maraqlarına nə qədər yaxın olmasından asılıdır.
2. Çətinliklə əldə edilən bu razılaşma ABŞ-ın Ukraynaya daha çox hərbi yardımının qapısını yenidən aça bilər. ABŞ Prezidenti Donald Trampın kritik minerallar sazişinin Ukrayna üçün təhlükəsizlik zəmanəti verməsindən danışması həmin məntiqin açılışıdır. Mümkündür ki, bu, regionda ABŞ sərmayələrinin artmasına və ABŞ personalının Ukraynada mövcudluğuna kömək etmək məqsədi daşıyır.
3. Vaşinqton Ukraynanın təbii ehtiyatlarına çıxış əldə etməyə Avropanın təhlükəsizliyindəki dominantlığını gücləndirən vasitə kimi baxır. Buna görə də, razılaşmanın Rusiyanın maraqlarına zidd olan nöqtələri var. Başqa yandan, ABŞ kritik minerallara çıxışla Ukraynanı Rusiyanın və Çinin gələcək iqtisadi asılılıqlarından azad etməyə çalışır. Ancaq üç sual yaranır:
– Rusiyanın nəzarət zonasında olan təbii ehtiyatların istismarı üçün Vaşinqton-Moskva anlaşması mümkündürmü?
– Belə bir sövdələşmə olarsa, Ukraynanın ərazi taleyi bunun harasında dayanacaq?
– Rusiya müqavilədəki təhlükəsizliklə əlaqədar ABŞ təminatlarını pozmaq üçün hansı addımları atacaq?
Nəzərə almaq lazımdır ki, ABŞ investorlarının Ukraynadakı iqtisadi əməliyyatların effektivliyi Rusiyanın Ukrayna ərazisinə hücumunu dayandırmasından asılıdır...
Aqşin KƏRİMOV