Berlin üçün gözlənilməz nəticə
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
16:08 | 9 aprel 2025 | Çərşənbə
Məqaləyə 253 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Yeni ünvan seçimləri arasında İstanbul da var
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
Tramp üçün qalxdığı eskalatordakı nasazlıq sabotaj şübhəsi yaratdı
“Dünyada savaş qaydaları çökür”
İran və Avropa arasında “snapback” krizi
... Yaxud Karaoğlanın Zəfəri!
Qazaxıstan, Özbəkistan və Türkmənistanını yunan Kiprinə səfir təyin etməsi Azərbaycan cəmiyyətində də müzakirələr yol açırdı. Bu addım türk dünyasının birləşməsinə, güclənməsinə gedən yolda növbəti əngəl hesab edilirdi. Eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan 3 türk dövlətinin eyni zamanda bu qərarının Türkiyəyə qarşı çevrilə biləcəyini hesab edənlər də var. Təbii ki, bu addım türk dünyasının birləşməsi istiqamətində atılan addımlarla bağlı da müəyyən suallar yaradır. Bu addım niyə və hansı siyasi səbəblərdən atılıb, haqlıdırmı, haqlı deyilmi o başqa bir müzakirədir.
Bu addımların fonunda türk dünyasının birləşməsi yolunda əsas körpü olan Azərbaycanın mövqeyi çox maraqla izlənilən məsələ idi. Lakin çox gözləməyə və rahatsız olmağa dəymədi. Zatən, əvvəldən Prezident İlham Əliyevin mövqeyini bilirdik. Çünki Şimali Kipr Türk Respublikasının fəaliyyətindəki dinamizmə İlham Əliyev çox böyük önəm verirdi.
ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident bu məsələ ilə bağlı qəti bir mesaj verdi. Elə bir mesaj ki, hər kəs bu mesajdan öz payını ala bilir!
Prezident Azərbaycanın dəyişməz mövqeyini açıq və birmənalı şəkildə bəyan etdi: “Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı... Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.
Mövqe, siyasət, prinsipiallıq, türk dünyasının birləşməsinə gedən yol budur!
Prezidentin bu mesajı onun ədalətli dünya uğrunda bəyan etdiyi fikirlərdən bir addım da geri çəkilməyəcəyinin sübutudur!