
Millət, yoxsa ümmət?!
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Diplomatik balans və strateji perspektivlər
“Əjdaha gözü” TSQ-nın inventarına daxil oldu
İran fokuslanmışkən Ankara ilə toqquşma nə Tel-Əvivə, nə də Vaşinqtona sərf edir
Xüsusi əməliyyat polisi hakim partiyanın bağçasında intihar edib
Azərbaycanın ŞKTC-ni tanıyacağı gün uzaqda deyil
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
İlham Əliyev: “Biz hər zaman sizinlə olacağıq ki, ölkəniz beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”
Prezidentin köməkçisi Hikmət Hacıyevin üzərinə böyük məsuliyyət düşür
İki ölkə arasında qaynar xətt danışıqları başlayıb
Astana, Daşkənd, Aşqabat və Bişkek 7 əsr əvvəlki kimi eyforiya və illüziya aldanır
Uzun illərin müttəfiqləri indi qarşı-qarşıyadır
Türkiyənin 1,5 illik ən yüksək risk göstəriciləri
Türk dünyası ilə yaxınlaşma
... “Danone” Almaniyadakı ən böyük fabrikini bağlamağa hazırlaşır
3–4 aprel tarixlərində keçirilmiş “Avropa Birliyi – Mərkəzi Asiya” sammitinin yekun bəyannaməsində elə bir bənd yer alıb ki, bu, Ankarada ciddi narahatlıq doğura bilər. Söhbət №4-cü bənddə BMT Təhlükəsizlik Şurasının 1983-cü ildə qəbul etdiyi 541 və 1984-cü ildə qəbul etdiyi 550 saylı qətnamələrə istinad olunmasından gedir. Bu sənədlər Şimali Kiprdə müstəqil türk dövləti elan olunmasını rədd edir və yalnız Kipr Respublikasını – yəni yunan administrasiyasını – adanın yeganə legitim hüquqi subyekti kimi tanıyır.
Bu qətnamələr, əslində, Şimali Kiprin beynəlxalq arenada tanınmamasının hüquqi bünövrəsini təşkil edir. Bəyannaməni imzalamaqla Mərkəzi Asiya dövlətləri – hansılar ki, Türkdilli Dövlətlər Təşkilatının (TDT) üzvüdürlər – bu qətnamələrə sadiqliklərini bəyan etmiş oldular. Bununla da onlar, dolayısı ilə, Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımamaq öhdəliyini də üzərlərinə götürdülər.
Bu addım, xüsusilə də Ankaranın son illərdə ŞKTC-nin beynəlxalq səviyyədə tanınmasına nail olmaq üçün göstərdiyi intensiv səylər fonunda fərqli səslənir. Türkiyə ŞKTC-ni beynəlxalq platformalara çıxarmaq üçün TDT-ni əsas alətə çevirib. 2021-ci ildə ŞKTC TDT-də müşahidəçi statusu aldı, 2024-cü ildə isə onun prezidenti Ersin Tatar təşkilatın Bişkekdə keçirilən sammitinə fəxri qonaq qismində dəvət olundu. Həmin ilin iyulunda Tatar həmçinin Şuşada baş tutan qeyri-rəsmi görüşdə də iştirak etdi.
Ancaq TDT-nin əsas üzvləri – Qazaxıstan, Özbəkistan və Qırğızıstan – Avropa Birliyi ilə inkişaf edən münasibətləri təhlükəyə atmamaq üçün ehtiyatlı davranmağa üstünlük verdilər. Bu ölkələr ŞKTC-nin TDT-yə tamhüquqlu üzv qəbul olunmasına qarşı çıxaraq Brüsselin Kipr məsələsindəki mövqeyini faktiki dəstəkləmiş oldular.
Səmərqənd sammitində Avropa Birliyi (AB) ilə Mərkəzi Asiya ölkələri energetika, nadir torpaq elementlərinin hasilatı, Transxəzər nəqliyyat dəhlizinin inkişafı və digər sahələr üzrə əhəmiyyətli razılaşmalar əldə etdilər. Avropa İttifaqı regiona 13,5 milyard avro sərmayə yatıracağını vəd etdi. Xüsusilə 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Brüssel Mərkəzi Asiyada öz varlığını nəzərəçarpacaq dərəcədə gücləndirib.
Lakin bölgə uğrunda mübarizədə təkcə AB iştirak etmir. Çin artıq regiona birbaşa sərmayələrin həcminə görə Rusiyanı geridə qoyub, Türkiyə isə TDT vasitəsilə öz nüfuzunu qorumağa çalışır. Mərkəzi Asiya ölkələri isə bu qlobal güclər arasında balans siyasəti yürütməyə və rəqabətdən maksimal fayda əldə etməyə çalışır. Onların BMT qətnamələrinə sadiqliyini də məhz bu kontekstdə dəyərləndirmək lazımdır.
Situasiyanı daha da mürəkkəbləşdirən məqamlardan biri də odur ki, TDT-yə üzv olan və ya müşahidəçi statusu daşıyan üç ölkə – Qazaxıstan, Özbəkistan və Türkmənistan – son aylar ərzində Kipr Respublikası ilə rəsmi diplomatik münasibətlər qurublar və bu ölkədə səfir təyin ediblər. Bu diplomatik jestlərin Səmərqənd sammitindən bir qədər əvvəl reallaşması onların Avropa İttifaqı ilə strateji tərəfdaşlıq danışıqları çərçivəsində atılmış addımlar olduğunu göstərir.
Qazaxıstan hələ 1992-ci ildə Kiprlə diplomatik münasibətlər qurmuşdu, lakin səfirlik açılmamışdı. 2020-ci ildə Kipr üçün Qazaxıstanın İsraildəki səfiri eyni zamanda Kiprdə də akkreditə olundu, sonrakı illərdə isə əlaqələr daha da intensivləşdi. 2023-cü ilin payızında Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenkonun Nikosiyada keçirdiyi yüksək səviyyəli görüşlər bu prosesin kulminasiyası oldu.
Özbəkistan da aktiv addımlar atıb. 2024-cü ilin aprelində Kipr Taşkentdə səfirlik açdı, dekabrda isə Özbəkistan öz İtaliyadakı səfirini Kiprdə akkreditə etdi. Bu akkreditasiya 2025-ci il martın 31-də yenilənib. Türkmənistan isə neytral statusunu qorusa da, Kipr ilə təmasları genişləndirmək istiqamətində addımlar atır.
Beləliklə, Türkiyənin ŞKTC-nin tanınmasına yönəlmiş diplomatik fəallığı fonunda türkdilli ölkələrin Kiprin yunan hissəsi ilə əlaqələri genişləndirməsi Ankaranın strategiyasını çətin duruma salır. Türkiyə hələlik bu vəziyyətlə bağlı rəsmi açıqlama verməyib. Lakin daxildə, xüsusən də müxalifət düşərgəsində hökumətin bu məsələdəki “susqunluğu” ciddi tənqid olunmaqdadır.
Xatırladaq ki, 2017-ci ildə İsveçrənin Krans-Montana şəhərində keçirilmiş BMT-nin vasitəçiliyi ilə danışıqlar uğursuzluqla nəticələndikdən sonra Ankara Kipr məsələsində “iki dövlət” modelinə üstünlük verdiyini elan etdi və ŞKTC-nin beynəlxalq tanınması xəttini seçdi. Ancaq TDT-yə üzv ölkələrin AB ilə dərinləşən münasibətləri və BMT qətnamələrinə açıq şəkildə dəstək verməsi bu xətti reallaşdırmağı daha da çətinləşdirir.
Səmərqənd bəyannaməsi yalnız diplomatik sənəd deyil. Bu sənəd Mərkəzi Asiya dövlətlərinin prioritetlərini açıq göstərən siyasi göstəricidir: bölgə ölkələri ideoloji yaxınlığa deyil, geosiyasi rasionallığa və çoxvektorlu dividendlərə üstünlük verir – hətta bu, Ankaranın strateji xəttindən müəyyən məsafələşməni tələb etsə belə.