vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
Hollandiyada futbol insidenti 10:08 | 11 avqust 2025 | Bazar ertəsi Məqaləyə 82 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hollandiyada futbol insidenti

“Fənərbaxça”lı azarkeş adam öldürməyə cəhddə ittiham olunur

FATEH

Hollandiyanın Rotterdam şəhərində keçirilən “Feyenoord”–“ Fənərbaxça” oyunundan sonra baş verən insident böyük rezonans doğurdu. “Fənərbaxça”lı olduğu bildirilən azarkeşin əlində ağır taxta dirək ilə “Feyenoord” azarkeşlərinə hücum etdiyi iddia edilir. Dirəyin başına dəyməsi nəticəsində xəsarət alan şəxs xəstəxanaya aparılıb.

Sosial mediada yayılan görüntülərdə üç nəfərin ağ-qırmızı rəngli ağır dirəyi yerindən çıxarıb onu güclə qaldıraraq izdihamın üstünə atdığı görünür. Dirək bir nəfərin başına dəydi və həmin şəxs yaralandı.

Hadisə yerində polis tərəfindən saxlanılan şübhəli barədə “adam öldürməyə cəhd”, ictimai asayişi pozma və ağır xəsarət yetirmə maddələri üzrə istintaq başladılıb. Polis hadisədə başqa şəxslərin də iştirakının mümkünlüyünü açıqlayıb. Dirəyi çıxaranlardan digəri daha sonra sərbəst buraxılsa da, o hələ də şübhəli kimi tanınır.

Rotterdam polisi, “adam öldürməyə cəhd”, açıq ərazidə zorakılıq və ağır xəsarət maddələri ilə cinayət işi açıldığını bildirib. Digər iştirakçılar müəyyən edilməkdədir və əlavə həbslər gözlənilir.

Oyun günü baş verən digər insidentlərdə 11 nəfər saxlanılıb. Onlardan bəzilərinin hava fişəngləri partlatmaq, bəzilərinin isə kiçik kəsici alətlər daşımaqda təqsirləndirilir.

 

Oyun sonrası gərginlik küçələrə yayıldı

 

Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşan “Feyenoord” və “Fənərbaxça” azarkeşləri arasında yaşanan bu zorakılıq, rəqabətin təhlükəli səviyyəyə çatdığını göstərir.

UEFA və yerli polis qüvvələri hadisə ilə bağlı geniş araşdırma aparır, oyun təhlükəsizliyi və təşkilatçılıq yenidən qiymətləndiriləcək.