
Osimen formasına qovuşur
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
Azarkeşlər ulduz futbolçu sahəyə çıxacağı matçı səbirsizliklə gözləyir
“Qalatasaray”ın yeni transferi bütün zamanların rekordunu qırdı
“Qalatasaray” əfsanələrindən Ederson məsələsinə qoşuldu
“Qalatasaray” Sinqo mövzusunda qətiyyətlidir
“Qalatasaray”dan aşağı yaş qrupu futbolçularına Osimhen qaydası
“Qalatasaray” Barış Alper Yılmaz üçün böyük məbləğ hədəfləyib
Osimen transferinin hələ açıqlanmamasının səbəbi məlum oldu
Sarı-qırmızı klub iki banka olan 35 milyon borcunu ödədi
Keçmiş “Qalatasaray”lı Rusiya şaxtasına niyə dözmədi?
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
İstanbul inlədi
“Qalatasaray” çempionluğunu aslanları ilə qeyd etdi
“Qalatasaray”ın keçmiş ulduzu Kapone çempionluq şənliyində
Çempion “Aslan” İzmirdə ciddiliyini qorudu
“Qalatasaray”ın Laporte iştahası
İngiltərə Birinci Futbol Liqasının (Premyer Liqa) 37-ci həftə matçında “Mançester Siti” öz meydanında “Bornmut”u 3:1 hesabı ilə məğlub edib.
“Etihad” stadionunda keçirilən matçda meydan sahiblərinin qollarını 14-cü dəqiqədə Ömər Marmuş, 38-ci dəqiqədə Bernardo Silva və 89-cu dəqiqədə Nikolas Qonzales vurub.
“Bornmut”un təsəlli qolu 90+6-cı dəqiqədə vurulub. Daniel Cebbison fərqlənib.
“Mançester Siti”nin heyətində Mateo Kovaçiç 67-ci dəqiqədə, “Bornmut”un heyətində isə Lyuis Kuk 73-cü dəqiqədə meydandan qovulub.
Liqanın sonuna bir həftə qalmış “Mançester Siti” 68 xalla 3-cü, “Bornmut” isə 53 xalla 11-ci pillədə qərarlaşıb.
***
Belçikalı futbolçu Kevin De Bröyne mövsümün sonunda ayrılacağı “Mançester Siti” azarkeşləri önündə son matçına çıxıb.
2015-ci ildə Almaniyanın “Volfsburq” komandasından transfer olunan təcrübəli futbolçu “Etihad” stadionunda keçirilən qarşılaşmaya ilk 11-də başlayıb və 69-cu dəqiqədə Nikolas Qonzaleslə əvəzlənib.
“Mançester Siti” azarkeşləri 33 yaşlı futbolçuya sevgilərini tribunalarda pankartlar açaraq nümayiş etdirib və oyundan ayrılarkən onu uzun sürə alqışlayıblar.
“Mançester Siti”nin heyətində 421 oyun keçirən Kevin De Bruyne 1 UEFA Çempionlar Liqası, 6 İngiltərə Premyer Liqası, 2 İngiltərə İngiltərə Kuboku, 5 İngiltərə Liqa Kuboku və 3 İngiltərə Superkuboku çempionluğu qazanıb.
***
Bonservisinin əlində olması Kevin De Bruyne-ni transfer bazarında daha cəlbedici hədəfə çevirib və onun adı tez-tez “Qalatasaray”la birlikdə hallanır. Kevin De Bröynenin Türkiyə nəhənginə gəlib-gəlməyəcəyi sualı gündəmdə yerini alıb.
Sarı-qırmızılar həm Superliqa çempionluğu hədəfinə, həm də avrokuboklar planlarına uyğun olaraq dünya səviyyəli ulduz transfer etmək istəyir. Kevin De Bruyne “Qalatasaray”ın gündəminin ən diqqət çəkən adlarından birinə çevrilib.
Transfer söz-söhbətlərini daha da gücləndirən ən mühüm amillərdən biri “Qalatasaray”ın ulduzu Dris Mertensin açıqlamaları olub. Belçikalı ulduz xarici mətbuata verdiyi müsahibədə De Bröyne ilə bağlı sualları cavablandırmaqdan yayınsa da, onun münasibəti və qısa cavabları ictimaiyyət tərəfindən transfer siqnalı kimi dəyərləndirilib.
Jurnslitin “Kevin De Bröyne “Qalatasaray”a gələckmi” sualına Mertensin gülümsəyərək “Bilmirəm” cavabı futbolsevərlər tərəfindən iyunun 28-də 34 yaşını tamamlayacaq olan futbolçunun İstanbula gedəcəyinə işarə kimi başa düşülüb. Kevin De Bröynenin “Qalatasaray”a transferi üçün rəsmi addımın atılıb-atılmadığı hələ dəqiqləşməyib.
Qeyd edə ki, Kevin De Bröynlə “Qalatasaray” xaricində bir çox Avropa, Amerika və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
2018-ci ildə bonservis dəyəri 150 milyon avro olan futbolçunun indiki qiyməti 27 milyon olaraq göstərilir. Klub karyerası boyu 469 dəfə meydana çıxan futbolçu 101 dəfə fərqlənə bilib. 109 dəfə Belçika millisinin formasını tərlədən futbolçu 30 qolu öz hesabına yazıdırıb.