
35 illik absurd sual
Dilimiz və mədəniyyətimiz yaşamayacaqsa, bu dövlətin varlığı kimə lazımdır?
Dilimiz və mədəniyyətimiz yaşamayacaqsa, bu dövlətin varlığı kimə lazımdır?
Yeni kəşf piylənmə ilə mübarizə aparmağa kömək edə bilər
Sözlük – unudulmuş sözlərin dirilişi
Dilin və düşüncəsinin kasıblığı xalqın davranışlarına sirayət edir
Türkiyə seriallarının dil öyrənməyə təsiri və Azərbaycanın bu prosesdə yeri
Cəmiyyəti tədricən rus dilindən uzaqlaşır
Tələb belə olmalıdır: Azərbaycan dilini bilmək məcburidir!
Səs-küylə heç nəyə nail olmaq mümkün deyil
Telekanallardan düşməyən əzəmətli filoloqların dilimizə xidməti nədədir?
Bakıda gəlirəm, Qazaxda gəleyrəm, qaradənizdə geleyrum və istanbulda gəliyorum ...
Bizim “obrazovannı”lar
... Və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr
Dilinin statusunun artırılması üçün mümkün hüquqi və idarəetmə addımları
Süni vasitələrlə edilən nə varsa, ekspansiyadır
Məqsəd nədir?
... Yaxud kolonial iyerarxiyaların varlığı
Azərbaycanın gəncləri və əcnəbi dillərə maraq mövzusuna gəldikdə dünyada rəqabət aparmaq üçün çoxdilli olmaq artıq üstünlük deyil, zərurətdir.
Azərbaycanın müstəqil siyasəti və milli kimliyi ana dilinin qorunması ilə yanaşı qlobal dillərə açıq olmalıdır, ölkədə bu dillər mütləq və mütləq tədris olunmalıdır.
Bu faktları nəzərə almalıyıq, əgər dünyadan geri qalmaq istəmiriksə:
Dünya İqtisadi Forumunun hesabatına görə, çoxdilli şəxslər əmək bazarında daha rəqabətqabiliyyətlidir.
Avropa Birliyi yaranandan 2025-ci ilə qədər bütün vətəndaşlarının azı iki xarici dil bilməsini hədəf qoymuşdu.
UNESCO tövsiyə edir ki, təhsil ana dilinə əsaslansa da, uşaqlar 2 və ya 3 dili öyrənməlidir.
Kanada:
Kanada dünyada iki rəsmi dili (ingilis və fransız) olan və bu dillərdə paralel təhsil sistemi quran nadir ölkələrdəndir. Hər iki dil bütün təhsil pillələrində istifadə olunur. Bundan əlavə:
Quebec əyalətində təhsil əsasən fransız dilindədir, amma ingilis dilli məktəblər də mövcuddur.
Digər əyalətlərdə əsas dil ingiliscədir, lakin fransızca məktəblər geniş yayılıb.
İkili dil sistemi uşaqlara erkən yaşdan iki dildə oxuma və düşünmə bacarığı verir.
Kanada hökuməti beynəlxalq tələbələrə açıqdır və onlara uyğun ingiliscə və fransızca proqramlar təqdim edir.
Torontoda, Vankuverdə və digər iri şəhərlərdə çoxsaylı beynəlxalq məktəblər fəaliyyət göstərir - burada Çin, Koreya, ərəb, ispan, alman və digər dillərdə tədris aparılır.
Kanadada 7 milyondan çox insan evdə rəsmi dillərdən başqa bir dildə danışır. Bu, multikultural cəmiyyətin və çoxdilli təhsilin geniş yayılmasının göstəricisidir.
Kanada kimi yüksək inkişaf etmiş və sabit dövlətlər ana dilinə hörmət etməklə yanaşı, çoxdilli təhsili strateji bir üstünlük kimi tətbiq edir. Bu, həm iqtisadi güc, həm də kultural zənginlik yaradır.
Azərbaycan da bu modeli izləyə bilər – milli kimliyimizi qorumaqla yanaşı, qlobal dillərlə dünyaya açılmaq gələcək üçün mütləq güclü zəmin yaradır.
İsveçrə:
Dörd rəsmi dili var (alman, fransız, italyan, romanş). Təhsil sistemi regionlara görə dəyişir və müxtəlif dillərdə tədris edilir. Bundan əlavə, əcnəbi dillərdə (xüsusilə ingilis dilində) beynəlxalq məktəblər geniş yayılıb.
Romanş dilində təhsil nisbətən məhduddur.
Hollandiya:
Orta və ali təhsildə yüzlərlə proqram sırf ingilis dilində keçirilir. Hətta bəzi lisey səviyyəsində məktəblərdə əsas tədris dili ingiliscədir.
Almaniya:
Ənənəvi olaraq tədris alman dilində aparılsa da, artıq universitetlərin böyük bir hissəsində bakalavr və magistr səviyyəsində tədris ingilis dilində keçirilir. Berlin, Münhen kimi şəhərlərdə beynəlxalq məktəblər çoxdur.
Finlandiya:
Təhsil sistemi dünya miqyasında nümunə sayılır. Orada da məktəblərdə ikinci və üçüncü dillər çox erkən mərhələdən tədris olunur. Bəzi proqramlar ingiliscə aparılır.
Birləşmiş Ərəb Əmirlikləri və Qətər:
Dövlət məktəblərində ərəb dili əsasdır, lakin yüzlərlə beynəlxalq məktəb və universitetlər sırf ingilis, fransız, alman və hətta Çin dilində tədris verir.