Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
15:57 | 30 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 412 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Rejim 40-gündə 40-dan az komandanını itirdi
Trampdan İrana sərt xəbərdarlıq
Fars-molla rejimində daxili təmizləmə prosesi uzun illərdir davam edən, mərhələli şəkildə dərinləşdirilən və getdikcə daha acımasız şəkil alan sistematik bir siyasətdir. Bu proses Ruhulla Xomeyninin ölümündən sonra Əli Xameneyinin rəhbərliyə gətirilməsi ilə yeni mərhələyə qədəm qoydu. Yeni rəhbərliklə birlikdə rejim daxilində istisnasız sədaqət tələb edən mərkəzləşmiş güc strukturu formalaşmağa başladı.
Əkbər Haşemi Rəfsəncani uzun müddət bu güc strukturunun qurulmasında Əli Xameneyinin əsas tərəfdaşlarından biri oldu. Hətta Xomeyninin oğlu Əhməd Xomeyninin aradan götürülməsi və Xomeyni ailəsinin rejimdən təcrid olunması Rəfsəncaninin iştirakı ilə baş verdi. Onun məqsədi Xameneyini rəhbər kürsüsünə çıxarmaq və onu dolayısıyla nəzarətdə saxlamaq idi. Lakin zaman keçdikcə bu münasibət pozuldu. Rəfsəncani Xameneyinin Suriya və İraq siyasətinə qarşı çıxmağa başladı və nəticədə rejim tərəfindən təhlükə kimi dəyərləndirildi. Oğlu Mehdi Rəfsəncaninin həbsi ilə başlayan bu soyuqluq, 2017-ci ildə Əkbər Haşemi Rəfsəncaninin müəmmalı şəkildə “hovuzda boğulması” ilə son nöqtəyə çatdı.
Lakin bu, təmizləmə prosesinin başlanğıcı deyildi – sadəcə daha açıq və sərt mərhələsinin başlanğıcı idi. Ondan əvvəl də rejimin daxilində müstəqil düşüncəyə və cəmiyyət daxilində nüfuza malik şəxslər tək-tək sistemdən uzaqlaşdırılırdı. Məhəmməd Xatəmi hələ Həsən Ruhanidən əvvəl susdurulmuşdu; mətbuatda şəkillərinin dərcinə belə qadağa qoyulmuşdu. 2009-cu ilin seçki etirazlarından sonra Mir Hüseyn Musəvi və Mehdi Kərrubi ev dustağı edildi və Musəvi bu gün də ev həbsindədir.
Sabiq prezident Mahmud Əhmədinejad Xameneyinin dəstəyilə hakimiyyətə gətirilsə də, sonrakı mərhələdə fərqli mövqe tutdu və sistemdən təcrid edildi. Onun ictimai çıxışları məhdudlaşdırıldı, seçkiyə qatılması bloklandı və media ona qarşı səssiz qaldı.
Əli Laricani – həm Məclis sədri, həm də uzun illər sistemin “öz adamı” hesab edilən fiqur – gözlənilmədən prezident seçkilərində diskvalifikasiya edildi. Bu, rejim daxilində hətta ən yüksək səviyyədə olan şəxslərin belə yalnız bir şərtlə – “şərtsiz itaətlə” – sistemdə qala biləcəyini göstərdi.
Həsən Ruhani prezident olduğu dövrdə sistem daxilində mövcud olan nisbətən yumşaq reformist ümidlərini təmsil etsə də, ikinci müddətinin sonunda onun da çevrəsi zəiflədildi, özü izolyasiya olundu və sistemdən uzaqlaşdırıldı. Onun yaxın müttəfiqləri məhkəmə və təhlükəsizlik orqanları vasitəsilə hədəfə alındı.
İbrahim Rəisinin müəmmalı helikopter qəzasında ölümü bu prosesin yeni mərhələsi kimi qəbul edilir. Ardınca Məsud Pezeşkiyan kimi Xameneyiyə tam itaətkar, xarizmatik nüfuzu olmayan, idarə edilə bilən bir şəxsin prezidentliyə gətirilməsi rejimin artıq təkcə müxalifəti deyil, sistem daxilində nəzarətsiz təşəbbüs göstərə biləcək istənilən şəxsi sıradan çıxarmağa yönəldiyini göstərdi.
Eyni zamanda, SEPAH və ETTELAAT daxilində də “sədaqət testləri”, rotasiyalar və daxili təmizləmələr aparılır. Artıq məsələ təkcə siyasi deyil, təhlükəsizlik strukturlarında belə nəzarətsiz güc mərkəzlərinin aradan qaldırılması səviyyəsinə keçib.
Bütün bu proseslər – sabiq prezidentlərin, dini-siyasi fiqurların və hətta Xameneyiyə yaxın simaların belə mərhələli şəkildə sistemdən çıxarılması – fars rejiminin özünü tamamilə mərkəzləşdirilmiş və alternativsiz bir hakimiyyət modelinə yönəltmək strategiyasını ortaya qoyur. Bu model isə təbii ki, Şimali Koreya rejiminə bənzəyir – yalnız bir səs, yalnız bir qərarverici mərkəz və yalnız bir məqbul düşüncə xətti.
Amma bu təmizləmə prosesinə başqa bir ehtimal da nəzərdən qaçmamalıdır: rejim daxilində və xüsusilə dini rəhbərlik strukturlarında İsrailin təsiri və nüfuzu ola bilər. Bu qədər ardıcıl və planlı şəkildə sistemin zəiflədilməsi, bir-birinə qarşı çevrilməsi, daxili güvənin pozulması və etimadsızlıq mühitinin yaranması, əslində rejimin içindən çökdürülməsi strategiyası ola bilər.