İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:20 | 30 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 204 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İran Amerikalı iş adamı İlon Maskın “Starlink” peyklərinin ölkədə istifadəsini qadağan edib. İran parlamenti İsraillə casusluq və əməkdaşlıq edənlərə qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan 9 maddədən ibarət qanun layihəsini təsdiqləyib. Yeni qanun “Starlink” kimi icazəsiz internet sistemlərindən istifadəni qadağan edəcək, eyni zamanda İsrail, ABŞ və digər düşmən dövlətlər adına həyata keçirilən kəşfiyyat, casusluq və əməliyyat fəaliyyətləri “yer üzündə təxribat” cinayəti çərçivəsində nəzərdən keçiriləcək.
Qanuna görə, ictimaiyyət arasında qorxu və çaxnaşma yarada biləcək, sosial ayrılığa səbəb ola biləcək və ya milli təhlükəsizliyə xələl gətirə biləcək məzmunu istehsal edən və bu məzmunu düşmən və ya xarici media qurumlarına göndərən şəxslər 2 ildən 5 ilədək həbs və ömürlük dövlət vəzifəsində işləmək qadağan ediləcək.
“Starlink” kimi icazəsiz internetə giriş sistemlərinin alınması, satışı, istifadəsi və ya təmin edilməsi qadağan edilib. Bu qaydaları pozanları 6 aydan 2 ilə qədər həbs gözləyir. Bu cihazlardan 10-dan çoxu ilə əməliyyat aparanları 5 ildən 10 ilə qədər həbs gözləyir.
Qanunda qeyd olunur ki, göstərilən cinayətlər müharibə və ya təhlükəsizlik böhranı kimi fövqəladə hallar zamanı törədildikdə, cəzalar 3 dəfə artırıla bilər.
Bundan əlavə, İran parlamentinin qəbul etdiyi sənəddə qanun qüvvəyə minməzdən əvvəl törədilmiş və ya hazırlanmış cinayətlərin də yer aldığı açıqlanıb. Bu cür cinayətləri törədən və ya yardım edən şəxslər qanun qüvvəyə mindikdən sonra 3 gün ərzində özlərini səlahiyyətli orqanlara məlumat vermədikdə, qanunun müddəaları onlara da şamil ediləcək.