vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 3 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AKTUAL  
Möcüzə olmadı 12:51 | 3 sentyabr 2025 | Çərşənbə Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Möcüzə olmadı

Müxalifət hökuməti düşürmək üçün səs verəcək

RÖYAL

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada parlamentin ən böyük siyasi partiyası sayılan ifrat sağçı Milli Birlik (RN), hökumətin istefası üçün səs verməkdə qətiyyətlidir. Baş nazir Fransua Bayru isə dəstək axtarışını davam etdirir.

Fransa mediasının məlumatına görə, Baş nazir Fransua Bayru sentyabrın 8-də hökumətini etimad səsverməsinə çıxaracağını açıqladıqdan sonra siyasi partilərlə dəstək danışıqlarını davam etdirir.

Parlamentin ən böyük fraksiyası olan ifrat sağçı Milli Birlik rəhbərliyi isə hökumətin istefası üçün səs verməkdə qərarlı olduqlarını bildirib.

***

2026-cı il büdcə planı ilə bağlı yaranmış fikir ayrılıqları fonunda etimad qazanmağa çalışan Bayru, Baş nazirlik iqamətgahı Matinyonda ifrat sağçı lider Marin Le Pen və RN Baş katibi Jordan Bardella ilə görüşlər keçirsə də, istədiyi nəticəni əldə edə bilməyib.

Bardella danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib: “Möcüzə olmadı. Bu görüşmə RN-nin fikrini dəyişməyəcək.” O, büdcədə miqrasiya, Avropa Birliyi və maliyyə korrupsiyası ilə mübarizə üçün nəzərdə tutulan yüksək dövlət xərclərinə etirazlarını bir daha dilə gətirib.

Eyni zamanda sağçı lider Le Pen də Bayru ilə görüşlərində irəliləyiş olmadığını vurğulayaraq, hökumət devriləcəyi təqdirdə Milli Məclisin dərhal buraxılmasına çağırıb: “Həqiqət budur ki, yeni seçkilərdən sonra formalaşacaq yeni çoxluq büdcəni qəbul edə bilər. Bu, yeganə demokratik həll yoludur.”

***

Son həftələr sosial şəbəkələrdə və müxalifət dairələrində 2026 büdcə planına qarşı etirazların güclənməsi Bayrunun, sələfi Mişel Barnye kimi, büdcə böhranı səbəbindən devrilə biləcəyi ehtimalını artırıb. Bayru bir sıra rəsmi tətil günlərinin ləğvi ilə təxminən 43 milyard avro qənaət nəzərdə tutan və ictimaiyyətin etirazına səbəb olan büdcə layihəsi ərəfəsində hökuməti etimad səsverməsinə çıxaracağını açıqlamışdı.

***

Dövlət borcu ilə mübarizə aparan Fransada əvvəlki Mişel Barnye hökuməti 2025-ci il büdcəsi ilə bağlı müxalifətlə razılıq əldə edə bilməmiş və parlamentdən etimad səsi ala bilmədiyi üçün cəmi 3 ay davam edərək 2024-cü ilin 4 dekabrında devrilmişdi.

Prezident Emmanuel Makronun Milli Məclisi buraxmasının ardından fransız seçicilər ötən il iyun-iyul aylarında iki mərhələli seçkilərdə sandıq başına getmişdi.