
“Hər şeyi dayandıraq!””
Fransada etirazlar səngimiz
Fransada etirazlar səngimiz
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada hökumət çökdü – Makronu nə gözləyir?
Makron hökumətin devrilməsindən sonra yeni baş nazirini təyin edəcək
Fransa parlamentində etimad səsverməsini ala bilməyən Bayru hökuməti devrildi
Fransadakı etimad səsverməsi istiqrazları sarsıtdı
Fransanı xaotik həftə gözləyir
Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?
Makron ifrat sağçı, Bayru isə solçu liderlərin qapısını döyüb
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Müxalifət hökuməti düşürmək üçün səs verəcək
Fransada müxalifəti ifrat solçu “Tabe olmayan Fransa” (LFI) partiyasının öndə gələn simalarından Jan-Lük Melenşon (Jean-Luc Melenchon) prezident Emanuel Makronun (Emmanuel Macron) impiçmentinə dair təklifi parlamentə təqdim etdiklərini açıqlayıb.
Melenşon ölkənin şimalında yerləşən Lil (Lille) şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, keçən il keçirilən ümumi seçkilərin nəticələrini nəzərə almadığı üçün daha əvvəl də Makronun impiçmenti üçün təklif irəli sürmüşdülər. O, bu dəfə isə yeni bir təkliflə çıxış etdiklərini vurğulayıb: “Getməlidir. İmpiçment təklifini təqdim etdik”.
Melenşon sentyabrın 8-də keçiriləcək etimad səsverməsində Baş nazir Fransua Bayru (François Bayrou) hökumətinin düşəcəyini qeyd edərək, “Bu xalqın qələbəsi olacaq”, – deyib.
Son həftələrdə sosial media istifadəçiləri və müxalif siyasətçilər 2026 büdcə planına qarşı etirazlarını artırıblar. Bu, Baş nazir Bayrunun əvvəlki baş nazir Mişel Barnie (Michel Barnier) ilə eyni taleyi paylaşa biləcəyinə dair siqnalları gücləndirib.
Bayru bəzi rəsmi bayramların ləğv edilməsini və 43 milyard avro civarında qənaəti nəzərdə tutan 2026 büdcəsini Parlamentdə müzakirəyə çıxarmadan əvvəl hökuməti etimad səsverməsinə aparacağını açıqlayıb.
Keçən il Prezident Makron parlamenti buraxaraq ümumi seçkilərə getmişdi. 2024-cü ilin iyun və iyul aylarında keçirilən iki turlu seçkilərdə solçu “Yeni Xalq Cəbhəsi” (NFP) ən çox deputat sayını qazanaraq qalib gəlsə də, Makron mərkəz-sağçı Mişel Barnieni baş nazir təyin etmişdi.
Barnie hökuməti 2025 büdcəsi ilə bağlı müxalifətlə razılığa gələ bilməyərək etimad səsverməsində uduzmuş və 3 ay sonra, 4 dekabr 2024-də istefa vermişdi.
Makron partiya nümayəndələri ilə bir həftədən çox davam edən görüşlərdən sonra 13 dekabrda mərkəz-sağçı Fransua Bayrunu baş nazir təyin etmişdi.
Sentyabrın 8-də keçiriləcək etimad səsverməsi Fransada siyasi gələcəyin istiqamətini müəyyənləşdirəcək. Əgər hökumət etimad qazansa, Bayru zəif dəstək ilə vəzifədə qala bilər. Əks halda, Bayru istefa verəcək, Prezident Makron isə yeni baş nazir təyin edəcək və ya keçici hökumət quracaq.
Ən riskli ssenari isə parlamentin buraxılmasıdır. Belə bir halda Makron parlamenti buraxaraq yeni seçkilərə gedə bilər. Bu seçim 2024-cü il erkən seçkilərinin yaratdığı böhran fonunda daha da mübahisəli hesab olunur.
Sosial və iqtisadi risklər də nəzərə alınmalıdır. Etimad səsverməsinin nəticəsi maliyyə bazarlarına və sosial sabitliyə birbaşa təsir göstərə bilər. Faizlərin yüksəlməsi və sendikaların 10 sentyabrda "Bloquons tout – Hər şeyi dayandıraq" çağırışı ilə küçələrə çıxması bu ssenarini gücləndirir.
Nəticə olaraq, 8 sentyabr Fransada yeni bir siyasi dönüm nöqtəsi olacaq: ya Bayru hökuməti zəif dəstək ilə yoluna davam edəcək, ya da Makron ölkəni yeni hökumət və mümkün erkən seçkilərə aparacaq.