
Ölkə boyu barrikadalar qurulur
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
“Fransadakı etirazlarda “Telegram”ın istifadə olunmasından qürur duyuram”
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada hökumət çökdü – Makronu nə gözləyir?
Makron hökumətin devrilməsindən sonra yeni baş nazirini təyin edəcək
Fransa parlamentində etimad səsverməsini ala bilməyən Bayru hökuməti devrildi
Fransadakı etimad səsverməsi istiqrazları sarsıtdı
Fransanı xaotik həftə gözləyir
Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?
Makron ifrat sağçı, Bayru isə solçu liderlərin qapısını döyüb
Fransa prezidentinin impiçment məsələsi parlamentdə səsə qoyulacaq
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Müxalifət hökuməti düşürmək üçün səs verəcək
Fransa, günə Prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətinə etiraz edilən aksiyalarla başladı. Ölkədə aylardır sosial media platformalarında “Hər şeyi dayandıraq” şüarı ilə edilən çağırışların nəticəsində ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirilir.
Makronun sosial-iqtisadi siyasətinə etiraz edən nümayişçilər paytaxt Paris, Lion və Ren kimi şəhərlərdə səhər saatlarından etibarən yol hərəkətinin dayanması və avtobusların yola çıxmasının qarşısını almaq üçün müxtəlif təşəbbüslər həyata keçirirlər.
Milli mətbuatın xəbərinə görə, Ren şəhərinin cənubu və şimalındakı ətraf yolunda toplaşan yüzlərlə nümayişçi, yol hərəkətini dayandırmaq məqsədilə yollara baryer quraşdırıb.
Şəhərin şimalında etirazçılar baryerləri yandırıb. Təhlükəsizlik qüvvələri həmin nöqtədəki nümayişçiləri bölgədən uzaqlaşdıraraq, dayanan yol hərəkətinin açılmasını təmin edib.
Rendə həmçinin Alma Körpüsünün altında bir avtobus yandırılıb.
Ölkənin ən böyük şəhərlərindən Lionda nümayişçilər tramvay yoluna zibil qutuları qoyub və onları yandırıblar.
Şəhərdə əsas magistral yolun dayanmasına səbəb olan aksiyalar həyata keçirilərkən, Lyon-1 Universitetinin qarşısında da baryerlər qurulub.
Ölkədəki nümayişlərdə, 75-i paytaxt Parisdə olmaqla, ümumilikdə 85 nəfər həbs edilib.
Sosial mediada yayılan görüntülərə görə, polis Parisdə kütləvi nəqliyyatda istifadə olunan avtobusların yola çıxmasını əngəlləmək istəyən nümayişçilərin toplandığı avtobus terminalı qarşısında növbə çəkir.
Polis qüvvələri, Parisin ətraf yolunda Montreuil Qapısı yaxınlığında yol hərəkətinin dayanmasını əngəlləmək üçün yola çıxan nümayişçiləri bibər qazı ilə uzaqlaşdırmağa çalışıb.
Paytaxtın müxtəlif bölgələrində bəzi lisey şagirdləri də məktəblərinin girişlərinin önündə zibil qutuları ilə baryerlər qurublar.
Ölkə üzrə 100 min nəfərin iştirak etməsi gözlənilən nümayişlərin gün boyu davam edəcəyi bildirilib.