
“Hər şeyi dayandıraq!””
Fransada etirazlar səngimiz
Fransada etirazlar səngimiz
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
“Fransadakı etirazlarda “Telegram”ın istifadə olunmasından qürur duyuram”
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada hökumət çökdü – Makronu nə gözləyir?
Makron hökumətin devrilməsindən sonra yeni baş nazirini təyin edəcək
Fransa parlamentində etimad səsverməsini ala bilməyən Bayru hökuməti devrildi
Fransadakı etimad səsverməsi istiqrazları sarsıtdı
Fransanı xaotik həftə gözləyir
Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?
Makron ifrat sağçı, Bayru isə solçu liderlərin qapısını döyüb
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Fransa Prezidenti Emmanuel Makron tərəfindən təyin edilən yeni Baş Nazir Sebastien Lekornu, vəzifəsini Fransua Bayrudan təhvil aldı. Lekornu üçün baş nazirlikdə təhvil-təslim mərasimi təşkil edildi.
Fransada sentyabrın 8-də hökuməti devrilən mərkəz sağçı Bayru mərasimdə çıxış edərək, “Hökumətə yardım etmək üçün mən və komandam əlimizdən gələni edəcəyik”, – dedi. Bayru, Fransanın əbədi bölünmə və zorakılıq içində qalacağını düşünmədiyini və bu vəziyyətin ölkənin gələcəyi üçün əngəl yaratdığını vurğuladı.
“İçində olduğumuz bu qeyri-sabitlik və siyasi böhran təvazökarlıq tələb edir”
Makron dünən təyin etdiyi yeni Baş nazir Lekornu da Bayruya, yardım təklifinə və fikirlərini müdafiə etmək üçün göstərdiyi cəsarətə görə təşəkkür etdi. Lekornu uzun çıxış etməyəcəyini bildirərək, “İçində olduğumuz bu qeyri-sabitlik və siyasi böhran təvazökarlıq tələb edir”, – dedi.
Müxalifətlə əməkdaşlıq məsələsində daha ciddi və yaradıcı olunmasının vacib olduğunu qeyd edən Lekornu yaxın günlərdə fərqli siyasi və sindikat qüvvələri ilə görüşəcəyini açıqladı.
Bayru hökumətində Müdafiə naziri vəzifəsində çalışan Lekornu 1986-cı ildə Val-d’Oaz bölgəsində doğulub. Lekornu siyasi həyatına yalnız 19 yaşında deputat köməkçisi kimi başlamış və Makronun Prezident olduğu 2017-ci ildən bəri fərqli nazirliklərdə vəzifə tutub.
Müxalifət Lekornunun formalaşdıracağı hökumət üçün etimad səsverməsi tələb edir
Yerli mediaya görə, Makronun 2024-cü il erkən parlament seçkilərində solçu ittifaqın ən çox mandat əldə etməsindən sonra baş nazirlik üçün üçüncü dəfə mərkəz sağçı bir şəxsi sınamasına reaksiyalar davam edir.
Təxminən 8 ildir hökumətin müxtəlif səviyyələrində olan sabiq Müdafiə Naziri, mərkəz sağçı Sebastien Lekornunun baş nazir təyin olunmasına ən böyük etiraz sol cəbhədən gəldi.
Parlamentdə ən çox mandatı olan solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının ən böyük partiyası “Təslim Olmayan Fransa”nın (LFI) Baş koordinatoru Manuel Bompard BFMTV-yə verdiyi açıqlamada yeni hökumətin etimad səsverməsindən keçməli olduğunu bildirdi. Bompard Lekornunun formalaşdıracağı hökuməti etimad səsverməsinə göndərməməsi halında LFI olaraq hökumətə qarşı etimad sorğusu təşəbbüs təklifi verəcəklərini xəbərdar etdi.
İttifaqın ikinci ən böyük partiyası, mərkəz solçu “Sosialist Partiya” (PS) liderləri də yeni hökumətdə iştirak etməyəcəklərini vurğuladı.
Eyni zamanda, aşırı sağçı “Milli Birlik” (RN) Baş katibi Jordan Bardella yeni Baş nazirə “etirazlara və büdcə ilə bağlı atacağı addımlara görə qiymət verəcəklərini” bildirib və hökumətə birbaşa etimad sorğusu təşəbbüs təklifi verməyəcəklərini işarə etdi.
Lekornu siyasi həyatına yalnız 19 yaşında deputat köməkçisi kimi başlamış, Makronun Prezident olduğu 2017-ci ildən bəri fərqli nazirliklərdə çalışıb.
Dövlət borcları səbəbindən çətin vəziyyətdə olan ölkədə 2026-cı ilin büdcə müzakirələri Bayru hökuməti ilə müxalifət arasında anlaşmazlığa səbəb oldu.
Bayru bəzi rəsmi tətillərin ləğvi ilə təxminən 43 milyard avro qənaət edilməsini nəzərdə tutan və fransızların etirazına səbəb olan 2026 büdcəsinin müzakirəsi öncəsi hökuməti etimad səsverməsinə göndərəcəyini açıqlamışdı. Bayru hökuməti sentyabrın 8-də keçirilən iclasda etimad səsverməsini keçə bilməyərək devrilmişdi.