Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:22 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 367 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Müharibə xərcləri ölkəni iflasa aparır
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Bir çoxları hələ də Polşa hava məkanında baş verənlərin əhəmiyyətini dərk etmir. Məsələ pilotsuz uçuş aparatlarının (PUA) sayında və ya Polşa hava məkanına daxil olma məqsədlərində deyil - bu hadisə strateji xarakter daşıyır.
Nə baş verib və nə baş verir?
Uzaqdan başlayaq.
Yəqin ki, çoxunuz “qaynadılan qurbağa” eksperimentini eşitmisiniz. Eksperimentin mahiyyəti belədir: əgər qurbağanı birbaşa qaynar suya atsan, o dərhal tullanaraq sudan çıxacaq. Amma onu soyuq suya qoyub suyu yavaş-yavaş qızdırmağa başlasan, qurbağa təhlükəni hiss etməyəcək və nəticədə öləcək.
Bu analoqu yadınızda saxlayın – ona qayıdacağıq.
Nüvə dövrü və eskalasiya strategiyaları
1945-ci ildə ABŞ dünyada nüvə silahına sahib olan ilk ölkə oldu. Ardınca:
1949 - SSRİ,
1952 - Böyük Britaniya,
1960 - Fransa,
1964 - Çin.
Beləliklə, dünyada bir neçə ölkə dəhşətli dərəcədə güclü silaha sahib oldu.
Uzun illər ərzində dünyanın hərbi-siyasi strateqləri nüvə silahından nə zaman və hansı hallarda istifadə edilə biləcəyi barədə xüsusi alqoritmlər işləyib hazırladılar. Bununla yanaşı, qarşı tərəfin nüvə zərbəsi endirməsinin qarşısını almaq üçün “təhlükəsizlik texnikası” da formalaşdı.
Məsələn, Rusiyanın məşhur “deeskalasiya üçün eskalasiya” konsepsiyası var. Onun mahiyyəti belədir: kritik vəziyyətdə qarşı tərəfin az əhalisi olan ərazisinə nisbətən kiçik nüvə zərbəsi endirmək və ardınca ultimatum irəli sürmək: ”Bunu və bunu edin, yoxsa növbəti zərbəni strateji obyektlərinizə endirəcəyik”.
Amma bu strategiyanın bir mühüm məhdudiyyəti var: bu, yalnız nüvə silahı olmayan ölkələrə qarşı işləyir. Əgər həmin ölkənin nüvə gücünə sahib və güclü orduya malik müttəfiqi varsa, o deyə bilər:” Əgər siz nüvə zərbəsi endirsəniz, biz nüvə silahı işlətmədən sizə dağıdıcı cavab verəcəyik”.
Xatırlayırsınızsa, məhz bu xəbərdarlığı ABŞ 2022-ci ilin payızında Rusiyaya açıq şəkildə etmişdi.
Başqa sözlə, hər nüvə dövlətinin öz “qaynadılan qurbağa” strategiyası var.
Baydenin və Trampın yanaşmaları
Ukrayna müharibəsində bunu Baydenin siyasətində gördük: ABŞ addım-addım, mərhələ-mərhələ Ukraynaya daha çox və daha güclü silahlar göndərirdi. Başqa sözlə, Bayden “qurbağanı (Putin yavaş-yavaş qaynadılan suya oturtdu” və “qazanın qapağını bağladı.”
Amma Tramp hakimiyyətə gələndən sonra “qapaq açıldı” və “qurbağa (Putin)” qazandan tullanıb çıxdı.
Bugünkü hadisələr
İndi isə Polşa hadisələrinə qayıdaq.
Bu gün gördüyümüz hücum Polşaya qarşı dağıdıcı zərbə deyildi, amma suveren dövlətin hava məkanının pozulması faktı baş verdi.
Bu, döyüş hücumu deyil, amma təxribat xarakterli hücumdur - eskalasiya pilləkənində daha bir addımdır.
Başqa sözlə, Putin indi artıq “qurbağanı qaynatmaq” istəyir.
Üç gün əvvəl, müharibə başlayandan bəri ilk dəfə olaraq, Ukrayna Nazirlər Kabinetinin binasına raket atıldı. Qərbin reaksiyası nə oldu? Heç nə.
Bu gün isə Polşaya qarşı kütləvi PUA hücumu baş verdi. Putin sanki Trampa sual ünvanlayır:”Nə deyirsən, Tramp?”
Nə etməli?
Bu situasiyada adekvat cavab - Ukraynaya silah tədarükünü kəskin artırmaq və yeni sanksiyaları tətbiq etməkdir.
Hazırda ABŞ istisna olmaqla demək olar ki, bütün Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Artıq Vaşinqtonun da bu prosesə qoşulmasının vaxtı yetişib.
Əgər Qərb addımlarını sərtləşdirməsə və Rusiyaya qarşı daha aqressiv siyasət yürütməsə, Putin “qurbağanı qaynatmağa” davam edərək Qərbin birliyini parçalamağa çalışacaq.