
Gündəlik 240 min barel artım
İstehsal artımının böyük hissəsi OPEC+ qrupunun payına düşüb
İstehsal artımının böyük hissəsi OPEC+ qrupunun payına düşüb
“Külli miqdarda ixtisarları” təhlükəsizliyi riskə atır
Qara qızılın qiyməti yenidən qalxacaq
...Amma bunun Rusiya qara qızılı haqqında demək olmaz
Beynəlxalq Enerji Agentliyi neft qiymətlərinin daha da yüksələcəyini deyir
ABŞ dünyanın rəqibsiz neft hegemonuna çevriləcək
Manat 9, rubl 7, tenge 4 faiz möhkəmlənib
OPEC sazişinin qüvvədən düşməsinə əsas təhlükə İrandır
OPEC proqnozu dəyişdi: Azərbaycanın istehsalı azalacaq, pulu çoxalacaq
OPEC proqnozu dəyişdi: Azərbaycanın istehsalı azalacaq, pulu çoxalacaq
Beynəlxalq Enerji Agentliyi (BEA) bu il onuncu Dünya Enerji İnvestisiya Hesabatını dərc edib. Hesabata görə, qlobal enerji investisiyalarının geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklərdən qaynaqlanan çətinliklərə baxmayaraq, bu il 2024-cü ilə nisbətən 2 faiz artaraq 3,3 trilyon dollara, yəni yeni rekorda çatacağı gözlənilir.
Ümumi investisiyaların 2,2 trilyon dollarının bərpa olunan enerji, nüvə enerjisi, şəbəkələr, saxlama, aşağı tullantılı yanacaqlar, səmərəlilik və elektrikləşdirmə daxil olmaqla təmiz enerji texnologiyalarından, qalan 1,1 trilyon dollarlıq kapitalın isə qalıq yanacaq layihələrinə gedəcəyi təxmin edilir.
Beləliklə, bu il rekord səviyyəyə çatması gözlənilən təmiz enerji investisiyaları ümumi investisiya məbləğinin üçdə ikisini təşkil edəcək. BEA-nın məlumatına görə, bu, təkcə tullantıların azaldılması səylərini deyil, həm də sənaye siyasətlərinin artan təsirini, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları və elektrik enerjisinə əsaslanan həllərin qiymət rəqabət qabiliyyətini əks etdirir.
Hazırkı investisiya meylləri göstərir ki, dünyada yeni “elektrik dövrü” yaxınlaşır. 10 il əvvəl mədən yanacaqlarına investisiyalar elektrik enerjisi istehsalı, şəbəkələri və saxlanmasına qoyulan investisiyalardan 30 faiz çox olduğu halda, bu il təkcə elektrik enerjisi sektoruna investisiyalar neft, təbii qaz və kömürə qoyulan xərclərdən 50 faiz çox olacaq.
***
Mənbəyə görə təmiz enerji texnologiyası sərmayələrinə baxıldığında, günəş enerjisi 450 milyard dollarla ən çox investisiya qoyulan təmiz enerji mənbəyi olaraq önə çıxır. Son 5 ildə günəş enerjisinə qoyulan investisiyaların həcmi demək olar ki, iki dəfə artacaq.
Nüvə enerjisinə investisiyalar da son 5 ildə 50 faiz artıb və bu il bu sahəyə investisiyaların 75 milyard dollara çatacağı gözlənilir.
Təmiz enerji texnologiyaları arasında 400 milyard dollara çatacağı təxmin edilən şəbəkə investisiyaları istehsal və elektrikləşdirmə investisiyalarından geri qalır. Bu vəziyyət elektrik enerjisinin təhlükəsizliyi baxımından narahatedici göstərici hesab olunur.
***
Çin dünyanın ən böyük enerji investoru kimi mövqeyini gücləndirməkdə davam edir. Çinin qlobal enerji xərclərindəki payı son 10 ildə 25 faizdən 33 faizə yüksəlib.
Bu artım günəş, külək, hidroelektrik, nüvə, akkumulyator və elektrik nəqliyyat vasitələri də daxil olmaqla geniş spektrli texnologiyalara investisiyalarla dəstəklənir.
Çin və Hindistan kömür tutumuna sərmayə qoymağa davam edir. Keçən il təxminən 100 gigavatlıq yeni kömür elektrik stansiyalarının tikintisinə başlayan Çin, 2015-ci ildən bəri təsdiqlənmiş yeni kömür elektrik stansiyasının ən yüksək gücünü gördü.
Kömür investisiyalarının bu il 2024-cü ilə nisbətən 4 faiz artacağı təxmin edilir.
***
BEA-nın İcraçı Direktoru Fateh Birol öz qiymətləndirməsində qeyd edib ki, enerji dünyasının dünyagörüşünə kölgə salan geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda ölkələr və şirkətlər özlərini müxtəlif risklərdən təcrid etməyə çalışırlar.
Qlobal investisiya artımının əsas hərəkətverici qüvvəsi kimi enerji təhlükəsizliyinin önə çıxdığını ifadə edən Birol, “Bu il investisiya məbləği rekord həddə – 3,3 trilyon dollara çatacaq. Sürətlə dəyişən iqtisadi və kommersiya mühiti bəzi investorları yeni enerji layihələrinin təsdiqi ilə bağlı gözlə və gör yanaşmasına sövq edir. Lakin bu, hələ də əksər sahələrdə mövcud layihələrə ciddi təsir göstərməyib”, – deyib.
2015-ci ildə Dünya Enerji İnvestisiyaları hesabatının ilk dərc edildiyi 2015-ci ildə Çinin enerji investisiyalarının ABŞ-ı yenicə keçməyə başladığını xatırladan Birol, “Çin bu gün dünyanın ən böyük enerji sərmayəçisidir, Avropa Birliyindən (AB) iki qat, az qala AB və ABŞ-ın birləşdiyi qədər xərcləyir”, – deyib.