Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
13:17 | 10 fevral 2015 | Çərşənbə axşamı
Məqaləyə 2997 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Qiymətlər sürətlə bahalaşır
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Neft ixrac edən ölkələrin təşkilatı OPEC 2015-ci ildə dünyada neftə tələbata və bu təşkilata daxil olmayan hasilatçı ölkələrdə neft hasilatına dair proqnozlarını dəyişdirib.
Virtualaz.org saytı xəbər verir ki, təşkilat bu il dünyada neftə olan tələbatın artacağını, eyni zamanda OPEC-ə daxil olmayan ölkələrdə, o cümlədən Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır.
Beləliklə, paradoksal görünsə də Azərbaycanda neft hasilatının azalması iqtisadi baxımdan xeyli sərfəli olacaq, çünki OPEC-in proqnozu və bu təşkilata üzv olmayan ölkələrdə hasilatın azalması dünya bazarlarında neftin qiymətlərinin yenidən artmasına ciddi təsir edəcək. Nəticədə Azərbaycanın neftdən əldə etdiyi gəlirlər artacaq. Artıq proqnoz açıqlan kimi dünya birjalarında son günlər yenidən bahalaşmaqda olan neftin qiyməti 1.7-2 faiz arasında artıb.
OPEC-in proqnozuna görə bu il dünyada neftə olan tələbat 92.32 milyon barrel təşkil edəcək. Bu da əvvəlki proqnozdan 20 min barrel çoxdur. Təşkilat proqnozlaşdırır ki, bu il OPEC-ə daxil olmayan ölkələrdən Rusiyada gündəlik neft hasilatı 60 min barrel azalacaq. Həmçinin Azərbaycan, Qazaxıstan və OPEC-ə daxil olmayan digər ölkələrdə də neft hasilatı azalacaq. Təşkilat bu il üçün neftə dair proqnozlarını dəyişərkən son vaxtlar müşahidə olunan tendensiyaları nəzərə alıb.
Belə ki, dünya bazarlarında neftin kəskin ucuzlaşmasına görə iri neft şirkətləri - BP, «Chevron» və digərləri 2015-ci il üçün əsaslı xərclərini ciddi ölçülərdə azaltmağa qərar veriblər və bəzi investisiya layihələrini təxirə salıblar. Həmçinin neftin ucuzlaşmasına görə ABŞ-da nisbətən baha başa gələn şist nefti hasilatı kəskin azalıb. Birləşmiş Ştatlarda şist nefti hasil edən buruqların bir hissəsi fəaliyyətini dayandırıb və gündəlik hasilat 130 min barrel aşağı düşüb. Bu tendensiyaları nəzərə alaraq OPEC bu il ərzində gündəlik neft hasilatının 400 min barrel azalacağını proqnozlaşdırır.
Bundan əvvəl Beynəlxalq Enerji Agentliyi də 2015-ci il ərzində neft hasilatının azalacağı, tələbin isə artacağını proqnozlaşdırmışdı. Beləliklə, neftin qiymətlərində ötən ilin sonlarından başlayan və səbəbləri xeyli ölçüdə müəmmalı qalan kəskin enmə dövrünün arxada qaldığını demək olar. Son günlər neftin qiymətlərinin 10 dollardan çox artması da bunu təsdiq edir. Neftin kəskin ucuzlaşması Azərbaycanın da gəlirlərinə ciddi təsir edirdi və hökumət bu səbəbdən bir sıra iri layihələri təxirə salmağa hazırlaşırdı.
Lakin ən ciddi narahatçılıq doğuran o idi ki, neftin kəskin ucuzlaşması Azərbaycanın «Şahdəniz» qaz yatağının ikinci fazasında hasilat işlərini və qazın Avropaya nəqlini kommersiya baxımdan ziyanlı layihəyə çevirə bilərdi. Çünki hasilata və qazın Avropaya çatdırılmasına cəmi 45 milyard dollar investisiya qoyulmalıdır. Bu investisiya əsaslandırılarkən neftin qiyməti ən azı 60 dollardan götürülüb. Bundan aşağı rəqəm nəhəng investisiyaları riskə ata bilərdi. Prezident İlham Əliyev Münhen təhlükəsizlik konfransında çıxışı zamanı ilk dəfə neftin ucuzlaşmasının Cənub qaz dəhlizi layihəsinin kommersiya cəlbediciliyini azaltdığını bəyan edib. Lakin prezident riskə baxmayaraq layihənin həyata keçirilməli olduğunu deyib. İndi neftin qiymətində yeni yüksəliş dövrü başlayıb və belə görünür ki, qiymətin 25 dollara belə enə biləcəyinə dair pessimist proqnozlar aktuallığını itirib.