Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
20:19 | 5 iyun 2025 | Cümə axşamı
Məqaləyə 331 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Tramp: “İstənilən halda buna nail olacağıq”
Ötən gün işğalçı Rusiyanın lideri ilə telefon danışığı apardığını bildirən ABŞ prezidenti Donald Trampın “Putin çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücumlara cavab verməli olacaq” açıqlaması ilə çıxış etməsi təkcə işğalçı ölkənin cəzasız qalması demək deyil. Bu, həm də ABŞ-ın özü üçün böyük rüsvayçılıq deməkdir.
Beləliklə, bir daha aydın oldu ki, Putlerin bu vaxta qədər çəkindiyi və hətta qorxduğu tək ölkə ABŞ idisə, uğursuz Trampın “dişsiz” siyasəti sayəsində artıq Rusiyanın çəkinəcəyi heç bir ölkə, heç bir güc qalmadı.
İşğalçı ölkəyə cavab haqqı tanımaq nə deməkdir?
Trampın bu barədə özünün “Truth Social” platformasında etdiyi paylaşım həqiqətən də ABŞ adına böyük rüsvayçılıqdır. “Dünyanın bir nömrəli super gücü” titulunu daşıyan ABŞ-ın prezidenti ilə Putin bu cür yekəxana formada, hədə diliylə danışa bilməməliydi.
Lakin çox təəssüf ki, seçki kampaniyası dövründə prezident seçilərsə Rusiya-Ukrayna müharibəsini 1 günə dayandıracağı barədə lovğa açıqlamalar verən Trampın acizliyi və yanlış siyasəti bu gün Putinə özündə bu cəsarəti tapmaq fürsəti yaratdı.
Artıq bundan sonra Rusiya nəinki öz aerodromlarına edilən zərbələrə cavab vermək “hüquq”undan gen-bol istifadə edəcək, həmçinin digər postsovet ölkələrinə qarşı daha aqressiv, təcavüzkar siyasət yürütməyə başlayacaq. Bu da onu göstərir ki, Kremlin ideoloqlarından biri hesab olunan Aleksandr Duqin Ukraynanın ardınca bütün postsovet məkanının Rusiyanın rəhbərliyi altında birləşdirilərək, “sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətlərin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlət”ə çevrilməsi təklifi ilə çıxış etməsi heç də təsadüfi deyil.
Başqa sözlə desək, Putin bu məsələdə özünü Trampdan “xeyir-dua” almış adam kimi aparır. Elə Trampın məlum paylaşımında Putinin Ukrayna tərəfindən Rusiyanın aerodromlarına edilən son hücumlara cavab verməyə məcbur qalacağını “çox qətiyyətli şəkildə” bildirməsi barədə yazdıqları da bu “xeyir-dua”nın bir ayrı epizodudur.
Odur ki, bundan sonra nə Ukrayna, nədəki Avropa ABŞ-a qətiyyən ümid bəsləməməlidir. Tam cəzasızlıq hissi ilə yaşayan Putinin Kremldə oturub Rusiyanın Ukraynaya qarşı indiyə qədərki bütün dəhşətli hücumlarından sonra belə, bu gün Ukraynanın məcburi zərbəsinə yenidən cavab tədbirləri hazırlamaq barədə düşünməsi onu göstərir ki, bu işğalçı, neoimperialist zombinin heç cürə dayanmaq fikri yoxdur. Bu isə o deməkdir ki, təkcə Ukrayna yox, digər postsovet ölkələri də ayıq-sayıq olmalıdırlar, önləyici tədbirlər görməlidirlər...