
Tramp və Mask bir-birini “bitirə” bilər?
ABŞ prezidenti və milyarder iş adamı bir-birini məhv etməsinin səkkiz əsas yolu var
ABŞ prezidenti və milyarder iş adamı bir-birini məhv etməsinin səkkiz əsas yolu var
Qətərin Trampa bağışladığı mübahisəli təyyarənin “Air Force One” olması baha başa gəlir
ABŞ qarışdı – Tramp-Mask döyüşü böyüyür
“Mən olmasaydım, o, seçkini uduzardı”
Almaniya lideri Trampla görüşündən nə əldə etdi?
Keçmiş maliyyə naziri ABŞ-ın borcları ilə bağlı xəbərdarlıq edib
Tramp: “Hələ mənim haqqımda pis söz deməyib, amma əminəm ki, tezliklə deyəcək”
İdxal iki il əvvəlki ən aşağı səviyyəyə düşüb
“Tesla” səhmləri ucuzlaşdı
ABŞ senatoru milyarderin Ağ Evdə faydalandığını iddia etdiyi 100-dən çox hadisəni təfərrüatlandırır
Tramp təhlükəsizlik baxımından 12 ölkəyə səyahəti qadağan edib
“The Big Beautiful Bill” ABŞ-ı böhrana aparır mübahisəsi
ABŞ-da 2,8 trilyon dollarlıq tarif töhfəsi gözlənilir
Tramp: “Bir məsələdə həmfikirik”
Trampın administrasiyası Hərbi Dəniz Qüvvələri gəmisinin ismini dəyişdirir
Trampın nəvəsi ilə evlənmək üçün malikanəsinə girməyə çalışdı
ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Si Cinpin iki ölkə arasında ticarət gərginliyinin qarşılıqlı tarif artımı ilə artmasından sonra ilk dəfə telefonla danışıblar.
ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabından verdiyi açıqlamada təxminən 1,5 saat davam edən görüşün çox məhsuldar və hər iki ölkə üçün çox faydalı olduğunu vurğulayıb.
Görüşdə əsasən iki ölkə arasında ticarət və gömrük tariflərini müzakirə etdiklərini qeyd edən Tramp, "Nümayəndə heyətlərimiz qısa müddətdə müəyyən ediləcək bir yerdə görüşəcək. Bizi Xəzinə Naziri Skott Bessent, Ticarət Naziri Hovard Lutnik və ABŞ Ticarət Nümayəndəsi səfir Ceymison Qrir təmsil edəcək", – dedi. Onun və Si Cininin bir-birlərinə dövlət səfəri üçün etdikləri qarşılıqlı dəvətlərə gəlincə, Tramp, "Görüş zamanı Prezident Si birinci xanımı və məni Çinə səfərə dəvət etdi və mən də eyni şəkildə cavab verdim. İki böyük dövlətin başçısı olaraq, bu, hər ikimiz də səbirsizliklə gözlədiyimiz bir şeydir", – dedi.
ABŞ prezidenti görüşdə Rusiya-Ukrayna və ya İranla danışıqlar kimi mövzuların gündəmdə olmadığını da qeyd edib.
“ABŞ Çinə qarşı mənfi tədbirlərini geri götürməlidir”
Çin Xarici İşlər Nazirliyinin görüşlə bağlı verdiyi açıqlamaya görə, sədr Si, dialoq və əməkdaşlığın Çin və ABŞ üçün yeganə doğru yol olduğunu vurğulayaraq, İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlarda qarşılıqlı tariflərlə bağlı əldə olunan razılaşmanın davam etdirilməsinə çağırıb.
Çin-ABŞ əlaqələrinin müvafiq istiqamətə uyğun aparılmasının vacibliyini vurğulayan Si bəyan edib ki, iki ölkə yeni yaradılmış iqtisadi və ticarət məsləhətləşmə mexanizmindən yaxşı istifadə etməli, bir-birinə bərabər münasibət bəsləməli və onların narahatlıqlarına hörmət etməli və hər iki tərəfin xeyrinə olacaq nəticələr əldə etməyə çalışmalıdır.
Si bəyan edib ki, hər iki tərəf Cenevrədə əldə olunan razılaşmaya əməl etməlidir, Çin əldə olunan razılaşmanı həyata keçirir və ABŞ əldə olunan irəliləyişə real baxmalı və Çinə qarşı mənfi tədbirlərini geri götürməlidir.
İki ölkənin diplomatiya, iqtisadiyyat, ticarət, hərbi və təhlükəsizlik sahələrində təmaslarını artırmalı olduğunu vurğulayan Si, anlaşılmazlıqları aradan qaldıraraq əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib.
Si ABŞ-a Tayvan məsələsini diqqətlə idarə etməyi tövsiyə edib və bildirib ki, az sayda Tayvan separatçılarının Çin-ABŞ münasibətlərini münaqişə təhlükəsinə sürükləməsinə icazə verilməməlidir.
Bildirilib ki, tərəflər görüş zamanı iki ölkənin nümayəndə heyətlərinin Cenevrədə əldə olunmuş razılaşmanın həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkləri barədə razılığa gəliblər.
Çinin bəyanatında Sinin Trampı yenidən ölkəsinə səfərə dəvət etdiyi də çatdırılıb.
ABŞ və Çin arasında tariflər və münasibətlərdə gərginlik
ABŞ prezidenti Donald Tramp aprelin 2-də Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.
İki ölkə arasında Çinin cavabı ilə başlayan tarif hesablaşmaları nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini yüzdə 145, Çin isə ABŞ-a 125 faiz gömrük tarifi tətbiq edib.
Ticarət gərginliyinin artmasının ardınca ABŞ və Çin rəsmiləri 10-11 may tarixlərində İsveçrənin Cenevrə şəhərində tarif danışıqları aparmaq üçün görüşdülər və qarşılıqlı gömrük rüsumlarını 90 gün müddətinə azaltmağa qərar verdilər.
Danışıqlardan sonra qərara alınıb ki, mayın 14-dən etibarən ABŞ Çin mallarına tətbiq etdiyi gömrük rüsumunu 90 gün müddətində 145 faizdən 30 faizə, Çin isə ABŞ mallarına tətbiq etdiyi gömrük rüsumunu 125 faizdən 10 faizə endirsin.
ABŞ prezidenti Donald Tramp mayın 30-da verdiyi açıqlamada Çini Cenevrədə əldə olunan razılaşmanın böyük hissəsini pozmaqda günahlandırıb və bunu Çin prezidenti Si Cinpin ilə müzakirə edəcəyini və problemin həll olunacağına ümid etdiyini bildirib.
Bu arada Vaşinqton administrasiyası süni intellekt çiplərinin ixracına nəzarət tətbiq etdi, çip dizaynında istifadə edilən proqram təminatının Çinə satışını dayandırdı və Çin Kommunist Partiyasına (ÇKP) bağlı olan və ya kritik tədqiqat sahələrində çalışan Çin universitet tələbələrinin vizalarını ləğv edəcəyini açıqladı.