Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:41 | 4 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 1188 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Kamçatka bölgəsində baş verən güclü zəlzələlərdən sonra “Krasheninnikov” vulkanı 600 il aradan sonra ilk dəfə aktivləşib. Bu, bölgədə bir neçə gün ərzində partlayan üçüncü vulkandır. Alimlər vulkanik fəallığın zəlzələ dalğaları ilə əlaqəli ola biləcəyini bildirirlər.
Kamçatka yarımadası ardıcıl seysmik aktivliklə silkələnir. Kuril adaları yaxınlığında baş verən 7 bal gücündə zəlzələdən sonra üç bölgədə sunami xəbərdarlığı edilib. Rusiya Fövqəladə Hallar Nazirliyi əhalini sahildən uzaqlaşmağa çağırıb.
600 ildən sonra ilk dəfə
Kraşeninnikov vulkanının tarixi qaynaqlara əsaslanan son püskürməsi 1463-cü ildən sonra qeydə alınıb və ondan bəri fəallıq müşahidə olunmayıb. Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Kamçatka Vulkanik Partlayışlara Müdaxilə Qrupunun rəhbəri Olqa Girinanın sözlərinə görə, bu püskürmə 600 il ərzində rəsmi qeydə alınan ilk hadisədir.
Partlayış nəticəsində 6 min metrə qədər yüksələn nəhəng kül buludu müşahidə olunub. Vulkanın özü 1856 metr hündürlüyə malikdir. Nazirlik kül buludunun Sakit okean istiqamətində hərəkət etdiyini və ərazidə yaşayış məntəqələrinin olmadığını bildirib. Hava nəqliyyatı üçün təhlükə yarandığına görə bölgədə “narıncı səviyyə” siqnalı elan olunub.
“Sakit Okean odlar halqası” hərəkətdədir
Bundan bir neçə gün əvvəl Kamçatka yarımadasında 8,8 bal gücündə zəlzələ qeydə alınmış və bu, bölgədə Klyuçevskoy adlı ən aktiv vulkanın püskürməsinə səbəb olmuşdu. Ardınca isə digər bir fəal vulkan – Kraşeninnikov – hərəkətə keçdi.
Bütün bu hadisələr dünyanın ən aktiv seysmik zonalarından biri olan “Sakit Okean odlar halqası”nda baş verir. Son günlərdə burada bir sıra vulkanik partlayışlar və zəlzələlər yaşanıb. Kamçatkadan sonra İndoneziyada yerləşən “Lewotobi Laki-Laki” vulkanı da yenidən fəaliyyətə başlayıb.