
Yaponiya meteor düşdü
“Göy üzünü Ay kimi işıqlandırdı”
“Göy üzünü Ay kimi işıqlandırdı”
Yaponiya və Cənubi Koreyada nüvə silahı müzakirələri; Trampın siyasətləri müttəfiqlərində narahatlıq doğurur
ABŞ və Yaponiyanın ixracı gözləntiləri aşdı
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Türkiyə zəlzələ dağıntı riskini azaltmaq üçün nə edir?
“F-2A”nın pilotu xilas edildi
... Yaxud bir yaponla, amerikalının fərqi
Zəlzələ sonrası iqtisadi təlatüm: fəlakətlərin izi rəqəmlərdə
Yaponiya qurtuldu, Hindistan isə nikbindir
Yaponiya mediasında yeni detallar
Rüsumların endirilməsi əhəmiyyətli artıma səbəb oldu
Bütün məhsullara eyni tarif tətbiq olunacaq
“Bizim üçün önəmli olan – amerikalılar üçün ən yaxşı razılaşmadır”
Yaponiyada siyasi qeyri-müəyyənlik dərinləşir
Yaponiya nadir torpaq elementlərinə çıxış istəyir
“ABŞ-da istehsal edilərsə, heç bir tarif tətbiq edilməyəcək”
İyunun 21-dən bəri Yaponiyanın cənubunda 1600-ə yaxın (daha dəqiq 1582) zəlzələ baş verib. Adalarda yaşayan onlarla insan bölgəni tərk edib.
Adaların yerləşdiyi Kaqoşima Bələdiyyə başçısı Qeniçiro Kubo, gecə saatlarında zəlzələdən ən çox təsirlənən Akuseski adasında 5,1 bal gücündə zəlzələnin baş verdiyini və adada ciddi fiziki ziyanın olmadığını bildirib.
Bununla belə, iyunun 21-dən etibarən demək olar ki, fasiləsiz davam edən zəlzələlər ada sakinlərini stressə salıb. Bir çox insan bu səbəbdən yata bilmədiklərini deyib.
Kubo mətbuat konfransında Akuseskidə yaşayan 89 nəfərdən 44-nün Kaqoşima bölgə mərkəzinə gətirildiyini açıqlayıb. On beş nəfər yaxınlıqdakı başqa bir adaya sığınıb.
Yeddisi məskunlaşmış və beşində isə insan yaşamayan adalardan ibarət olan bölgə Kaqoşimadan bərə ilə təxminən 11 saatlıq məsafədədir.
Mütəxəssislərin fikrincə, bu bölgədə bu qədər təkanların səbəbi sualtı vulkan və maqma axınları ola bilər.
Kubo mətbuata açıqlamasında, "Gələcəkdə nə baş verə biləcəyini təxmin edə bilmərik. Bunun nə vaxt bitəcəyini də bilmirik”, – deyib.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, regionda sonuncu dəfə belə seysmik aktivlik 2023-cü ilin sentyabrında baş verib. Həmin vaxt bölgədə 346 təkan qeydə alınmışdı.
Təxminən 125 milyon insanın yaşadığı bu bölgədə hər il təxminən 1500 təkan olur ki, bu da dünyadakı zəlzələlərin təxminən 18 faizini təşkil edir.