vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 31 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Rusiyada 8,8 bal gücündə zəlzələ baş verdi 09:19 | 30 iyul 2025 | Çərşənbə Məqaləyə 59 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada 8,8 bal gücündə zəlzələ baş verdi

Sunami həyəcanı elan edildi

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın şərqində yerləşən Kamçatka yarımadasında 8,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra Rusiya, Yaponiya, Meksika, ABŞ və Sakit Okean adaları üçün sunami xəbərdarlığı edilib. Əhalidən sahil ərazilərindən uzaq durmaları tələb olunub. İlk sunami dalğaları Kamçatka və Yaponiyanın sahillərinə çatıb. Havay adalarında sahil bölgələrinin dərhal boşaldılması göstərişi verilib. Rusiya, sunami səbəbilə Şimali-Kurilsk şəhərinin bir hissəsinin su altında qaldığını açıqlayıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri yarımadadakı Petropavlovsk-Kamçatski şəhərindən 119 kilometr cənub-şərqdə yerləşib.

Məlumatda zəlzələnin 20 kilometr dərinlikdə baş verdiyi və gücünün 8,8 bal olduğu qeyd edilib.

Regionda 6,9 və 6,3 bal gücündə bir neçə afterşok da qeydə alınıb və sunami xəbərdarlığı yenilənib.

 

Havay valisindən ciddi xəbərdarlıq: “Adaları tam əhatə edəcək”

 

ABŞ-ın Havay ştatının qubernatoru Coş Qrin, Kamçatkada baş verən güclü zəlzələnin ardından sunaminin yalnız bəzi ərazilərlə məhdudlaşmayacağını, “adaların hər tərəfini əhatə edəcəyini” bildirib və əhalini sahil bölgələrini dərhal tərk etməyə çağırıb.

CNN-in məlumatına görə, Qrin mətbuat konfransında Kamçatkada baş verən zəlzələ və sunami riski ilə bağlı açıqlama verib.

Qubernator bildirib ki, sunaminin ardından adalarda daşqınların qarşısını almaq mümkün olmayacaq və fövqəladə hallar xidməti hazır vəziyyətə gətirilib.

Havay adalarının Honolulu şəhərinin meri Rik Blanqiardi isə yerli KITV telekanalına açıqlamasında insanlardan soyuqqanlı davranmalarını, lakin alçaqda yerləşən ərazilərdəki sakinlərin dərhal yüksək ərazilərə çıxmalarının vacibliyini vurğulayıb.

Blanqiardi əlavə edib: “Biz panika yaratmaq istəmirik, hər kəsin sakit qalmasını istəyirik. İnsanlara vaxtında xəbərdarlıq etmək və təhlükəsiz yerlərə keçmək imkanı yaratmağa çalışırıq”.

ABŞ Sahil Mühafizəsi isə bütün ticarət gəmilərinə Havay limanlarını tərk etmə əmri verib. Havayda yerləşən bütün limanlar daxil olan gəmi hərəkətinə bağlanıb.

Əsas zəlzələdən sonra ən güclüsü 7 bal olmaqla çoxsaylı afterşoklar baş verib.

 

Kaliforniyada da sunami həyəcanı

 

Kamçatka yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələdən sonra ABŞ-ın Kaliforniya ştatının sahilləri üçün də sunami xəbərdarlığı verilib.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə paylaşımında bildirib: “Sakit okeanda baş verən güclü zəlzələ səbəbilə Havayda yaşayanlar üçün sunami xəbərdarlığı qüvvədədir. Alyaska və ABŞ-ın Sakit okean sahilləri üçün isə sunami müşahidə rejimi tətbiq olunub. Yaponiya da təhlükəli bölgələr arasındadır. Güclü və təhlükəsiz olun”.

Sunami xəbərdarlığından sonra Yaponiyadakı Fukuşima Atom Elektrik Stansiyasında çalışanlar təxliyə edilib.

 

Rusiya: Şimali-Kurilsk şəhərinin bir hissəsi su altında qaldı

 

Rusiya Fövqəladə Hallar Nazirliyi Kamçatkada baş verən zəlzələdən sonra Şimali-Kurilsk şəhərinin bəzi ərazilərinin sunami nəticəsində su altında qaldığını bildirib.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka şöbəsinin məlumatında bildirilib ki, Moskva vaxtı ilə gecə saat 3 radələrində qeydə alınan zəlzələ 8,7 bala çatıb. Bu, bölgədə 1952-ci ildən bəri baş verən ən güclü zəlzələ kimi qeyd olunub.

Rusiya Elmlər Akademiyasının mütəxəssisləri yaxın bir ay ərzində bölgədə 7,5 bal gücündə ardıcıl zəlzələlərin davam edəcəyini gözləyir.

Nazirliyin məlumatında can itkisi qeydə alınmadığı vurğulanıb.

Kamçatkada yerləşən Sunami Müşahidə və Tədqiqat Mərkəzinin məlumatına görə, Şimali-Kurilsk bölgəsində yerləşən Paramuşir və Şumşu adalarına yaxınlaşan sunami dalğası Şimali-Kurilsk liman şəhərini və “Alaid” adlı balıqçılıq müəssisəsini qismən su altında qoyub. Əhali təxliyə olunub.

Rəsmi açıqlamalarda vəziyyətin nəzarətdə olduğu və bütün əməkdaşların iş başında olduğu vurğulanıb.

Bununla yanaşı, Saxalin vilayəti rəhbərliyi Şimali-Kurilskdə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün səfərbər edildiyini bəyan edib.

Zəlzələdən sonra Rusiya, Yaponiya, Meksika, ABŞ və Sakit Okean adaları üçün sunami xəbərdarlığı yenilənərək genişləndirilib.

 

Kamçatkada fövqəladə vəziyyət elan olundu

 

Rusiyanın Saxalin vilayət administrasiyası Kamçatkada baş verən zəlzələ və sunamidən sonra bölgədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Təxminən 2 min 400 nəfərin yaşadığı Şimali-Kurilskdə sunami nəticəsində can itkisi baş verməyib, əhali təhlükəsiz yerlərə təxliyə edilib.

Avrasiyanın şimal-şərqində yerləşən Kamçatka yarımadasında bir həftə əvvəl də 7,6 bal gücündə zəlzələ baş vermişdi. Yarımada qərbdə Oxot dənizi, şərqdə isə Berinq dənizi və Sakit okeanla əhatə olunub.