vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 7 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
Əsas əlaməti səsin batmasıdır 15:26 | 7 iyul 2025 | Bazar ertəsi Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsas əlaməti səsin batmasıdır

“COVİD-19”un yeni variantı “Stratus” sürətlə yayılır

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Koronavirus artıq əvvəlki kimi gündəm mövzu olmasa da, yeni variantların ortaya çıxması virusun təkamülə davam etdiyini göstərir. Bu variantlardan biri olan “Stratus” son vaxtlar diqqətəlayiq sürətlə yayılır və fərqli bir əlaməti ilə seçilir – səs batır.

Dünya Səhiyyə Təşkilatının (DST) “nəzarət altında olan variant” kimi təsnif etdiyi XFG adlı subvariant ictimaiyyətdə “Stratus” kimi tanınır. LF.7 və LP.8.1.2 xətlərinin rekombinasiyası nəticəsində yaranan “Stratus” ilk dəfə 2025-ci il yanvarın sonunda aşkar edilib. DST vurğulamışdı ki, “Omikron” JN.1-in dominant variantı ilə müqayisədə sünbül zülalında fərqli mutasiyalar daşıyan “Stratus” digər variantlardan çox daha sürətli yayılır.

Mayın əvvəlində qlobal infeksiyaların 7,4 faizini təşkil etdiyi halda, iyunun əvvəlində bu nisbət 22,7 faizə çatıb. Xüsusilə Cənub-Şərqi Asiyada təsirli olan variant regionda yoluxma hallarının 68,7 faizini təşkil edir. Hindistanda dominant hala gələn “Stratus” Avropada da yayılır və hazırda infeksiyaların 16,7 faizini təşkil edir.

Hindistan mətbuatının məlumatına görə, “Stratus” variantının ən diqqətçəkən əlaməti səsin batmasıdır. “Times of India”ya danışan həkimlər xəstələrin tez-tez xəstəxanalara quru öskürək və boğaz ağrısı şikayətləri ilə müraciət etdiklərini deyirlər. Bundan əlavə, klassik “COVİD-19” simptomları görünə bilər:

 

Burun axması

Hərarət

Baş və bədən ağrıları

Zəiflik

Nəfəs darlığı

 

Daha nadir hallarda ürəkbulanma, qarın ağrısı, ishal, konjonktivit, dəri səpgiləri, limfa düyünlərinin şişməsi və başgicəllənmə də bildirilir.

***

DST bildirir ki, “Stratus” variantı sürətlə yayıldığı üçün diqqətlə izlənilir. Bununla belə, mövcud məlumatlara görə, xəstəliyin digər “Omicron” variantları ilə müqayisədə daha ağır olduğuna dair heç bir sübut yoxdur. Həmçinin onun immun sistemindən yayınma qabiliyyətinin aşağı olduğu və hazırkı vaksinlərin simptomatik və ağır xəstəliklərə qarşı effektivliyini davam etdirdiyi qeyd edilib.