
Simptomlar klassik, boğaz ağrısı güclüdür
Avropada yeni “COVİD-19” variantı “Stratus” dominant vəziyyətə gəldi
Avropada yeni “COVİD-19” variantı “Stratus” dominant vəziyyətə gəldi
“BioNTech”dən xəstəliklə bağlı tarixi addım
Ekspertlər peyvənd çağırışı edir
Milyardlıq investisiya qərarı
“COVİD-19”un yeni variantı “Stratus” sürətlə yayılır
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
İnsanlara ötürülür, peyvəndi yoxdur
“COVİD-19”un yeni “Nimbus” variantı sürətlə yayılır
Koronavirus yoluxmaları hətta yay aylarında arta bilər
Yeni pandemiyadan bir mutasiya uzaqlıqda
Yeni “COVİD-19” ştammı bütün dünyaya yayılır
“NB.1.8.1” variant Fransaya yayılır
“COVİD-19”dan sonra xəbərdarlıqlar ard-arda gəlir!
Dünya yeni epidemiyaya hazırlaşır
“COVİD-19” peyvəndi vurulan 573 nəfərə daimi diaqnoz qoyulub
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
Honq Konqda altı illik fasilədən sonra ilk “çikunguya” virusu aşkarlanıb. 12 yaşlı oğlan uşağında qeydə alınan yoluxma faktı bölgədə epidemiya riski ilə bağlı narahatlıqları artırıb. Virus sivrisinek yolu ilə yayılır və illərlə davam edə bilən oynaq ağrılarına səbəb ola bilir.
Virusu Çində yoluxub
Honq Konqun İctimai Səhiyyə İdarəsinin yaydığı məlumata görə, virus Foshan şəhərində (Çinin Quandun vilayəti) səfərdə olmuş 12 yaşlı uşaqda aşkarlanıb.
Uşaqda qızdırma, səpgilər və oynaq ağrısı müşahidə olunub. Hazırda sivrisinek olmayan mühitdə nəzarət altında saxlanılır. Ailəsi ilə birlikdə tibbi müşahidədədir.
Pandemiya dövrünün qadağaları geri dönür
Bu, 2019-cu ildən bəri Honq Konqda qeydə alınan ilk çikunguya halıdır. Yalnız 90 dəqiqəlik sürət qatarı məsafəsində yerləşən Foşan şəhərində son həftələrdə 6 500-dən çox yoluxma baş verib.
Virusun yayılması səbəbindən Çinin digər şəhərlərində pandemiya dövrünə xas tədbirlər yenidən tətbiq olunmağa başlayıb.
14 günlük ev karantini tətbiq edilib
Çinin Fuczyan vilayətinə bağlı Fucjou şəhəri, Foşandan gələnlər üçün 14 günlük ev karantini məcburiyyəti tətbiq edib.
Makao isə iyul ayında bir yoluxma halı ilə xəbərdarlıq etmişdi. Ötən cümə, həmin şəhərdə də yeni yoluxma qeydə alınıb. Bu, virusun region boyu yayıla biləcəyi qorxusunu artırıb.
Honq Konqda “sivrisinek əməliyyatı”
Honq Konqun Qida və Ətraf Mühit Gigiyenası Departamenti, yoluxmuş şəxsin yaşadığı ərazidə sivrisineklərlə mübarizə tədbirləri başladıb.
Əraziyə dumanlama maşınları göndərilib, durğun sular təmizlənib, əhaliyə maarifləndirici broşürlər paylanıb.
Qeyd edək ki, çikunguya virusu birbaşa insandan insana keçmir, lakin virus daşıyan şəxsi sivrisineyin dişləməsi, ardından isə həmin sineyin başqa şəxsləri dişləməsi ilə yayılma riski artır.
Honq Konqun virus siyasəti çox sərt olub
Şəhərin əhalisi “COVİD-19” dövründəki sərt tədbirləri hələ də unutmayıb. 2020-ci ildə başlayan pandemiya ilə əlaqədar Honq Konq üç il boyunca xarici dünyaya bağlanmışdı.
Bu müddətdə səfərlər qadağan edilmiş, maskalar məcburi olmuş, karantin düşərgələri yaradılmışdı.
Həmin mərkəzlərdə çətin şəraitdə saxlanan yüz minlərlə insan, oradan qaçmağa çalışanlara tətbiq edilən həbslər isə geniş ictimai rezonans doğurmuşdu.