
Əsas əlaməti səsin batmasıdır
“COVİD-19”un yeni variantı “Stratus” sürətlə yayılır
“COVİD-19”un yeni variantı “Stratus” sürətlə yayılır
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
İnsanlara ötürülür, peyvəndi yoxdur
“COVİD-19”un yeni “Nimbus” variantı sürətlə yayılır
Koronavirus yoluxmaları hətta yay aylarında arta bilər
Yeni pandemiyadan bir mutasiya uzaqlıqda
“NB.1.8.1” variant Fransaya yayılır
“COVİD-19”dan sonra xəbərdarlıqlar ard-arda gəlir!
Dünya yeni epidemiyaya hazırlaşır
“COVİD-19” peyvəndi vurulan 573 nəfərə daimi diaqnoz qoyulub
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
Yeni quş qripi insandan insana keçərək pandemiyaya səbəb ola bilər
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Yeni pandemiyaya səbəb ola biləcək 24 təhlükəli patogen qrup müəyyən olunub
Hər 10 nəfərdən 1-i COVİD-in olduğuna əmin deyil
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Yeni korona variantı virusoloqlar arasında narahatlıq yaradıb. Bu variantın yeni dalğanın başlanğıcı ola biləcəyi bildirilib.
Uzun müddətdir səssiz qalan “COVİD-19” yeni alt variantı ilə yenidən gündəmə gəlib. “Omikron”un alt növü, “NB 1.8.1” ştammına ilk dəfə Çin və Honq Konqda rast gəlinib. ABŞ, Fransa, Hollandiya, İspaniya və İsveç kimi bir çox ölkədə indi aşkar edilir. Honq-Konqda hadisələr, xəstəxanaya qəbullar və ölüm hallarında ciddi artım var.
Dünya Səhiyyə Təşkilatı hazırda “NB 1.8.1”i “narahatlıq variantı” kimi deyil, yalnız “nəzarət altında olan variant” kimi təsnif edir. Bu alt tip “Omikron”a çox bənzəyir; bəzi struktur fərqlərinə görə daha yoluxucu ola bilər və ya antikorlardan bir az daha asan qaça bilər.
Səhiyyə və epidemiyalar sahəsində belçikalı statistika mütəxəssisi Qert Molenberqs bu variantın hələ Belçikada rəsmi təsdiqini tapmadığını, lakin çox güman ki, artıq ölkədə yayıldığını bildirib. Vurğulanıb ki, testlərin sayının az olması və genetik analizlərin qeyri-kafi olması səbəbindən təsdiqi vaxt apara bilər.
Virusologiya mütəxəssisi Mark Van Ranst Belçikada müsbət test nisbətlərində artım olduğunu bildirir. Kanalizasiya sularında hələ dəqiq bir tapıntı olmasa da, yaxın həftələrdə dəyişikliklər ola biləcəyini deyir: “Belə dalğalar adətən yerli olaraq başlayır və sonra yayılır.”
***
Van Ranst iddia edir ki, çaxnaşmaya ehtiyac yoxdur, çünki variant “Omikron” ailəsinə aiddir: “İnsanlar mütləq xəstələnəcək və yəqin ki, xəstəxanaya yerləşdirilənlərin sayı artacaq. Bununla belə, reanimasiya şöbələrinin dolacağını gözləmirik”.
Virusologiya mütəxəssisi Stiven Van Quxt da son böyük dalğanın keçən payızda baş verdiyini və koronavirusun demək olar ki, doqquz aydır aydın şəkildə görünmədiyini xatırladıb. Bu dövrdə bir çox variant eyni vaxtda dövriyyədə qalıb. İndi “NB 1.8.1”in ön plana çıxdığı görünür.
Nəhayət, ekspertlər xəbərdarlıq edir ki, aradan uzun müddət keçdiyi üçün cəmiyyətin kollektiv immunitetində azalma ola bilər və payızda yeni dalğa yarana bilər. O da xatırladılır ki, peyvənd kampaniyalarından xeyli vaxt keçib.