Neft qiymətləri düşdü
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
19:48 | 10 iyul 2025 | Cümə axşamı
Məqaləyə 318 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
İsrail kəşfiyyat mənbələri, ABŞ-ın hava zərbələrindən əvvəl İranın nüvə obyektlərindəki zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair hər hansı sübut tapmadıqlarını bildiriblər.
“Reuters” agentliyinə açıqlama verən və adının açıqlanmasını istəməyən israilli kəşfiyyat rəsmisi, İranın Fordo, İsfahan və Natanzdakı üç əsas nüvə obyektindəki uranın eyni yerdə saxlandığını iddia edib.
Mənbəyə görə, bu obyektlərdə təxminən 400 kiloqram, 60 faizə qədər zənginləşdirilmiş uran qalır və iranlıların bu materiala çıxışı hələ də mümkündür. Həmçinin, həmin uranı başqa yerə təhlükəsiz şəkildə köçürməyin İran üçün texniki baxımdan çətin olduğu vurğulanır.
ABŞ zərbələrinin miqyası və nəticələri müzakirə mövzusudur
Xatırladaq ki, iyunun 22-də ABŞ, İranın üç nüvə obyektinə qarşı hava hücumu həyata keçirmişdi. Əməliyyatda 14 ədəd sığınacaq dağıdan “GBU-57” bombalarından istifadə edilib, “B-2” bombardmançı təyyarələri ilə icra olunan hücum zamanı obyektlərin “tamamilə məhv edildiyi” ABŞ Prezidenti Donald Tramp tərəfindən iddia edilmişdi.
Lakin CNN və “The New York Times” kimi media qurumları istinad etdikləri kəşfiyyat mənbələrinə əsaslanaraq, zərbələrin gözlənilən təsiri vermədiyini yazmışdı. Tramp administrasiyası bu xəbərləri “dezinformasiya” adlandıraraq Federal Təhqiqat Bürosunun (FTB) məsələ ilə bağlı araşdırma başlatdığını açıqlamışdı.
Sonradan, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff, iyunun 25-də verdiyi açıqlamada, İran obyektlərinin “ciddi şəkildə zərər gördüyünü” təsdiqləyən məlumatlara malik olduqlarını bildirmişdi. Bundan əvvəl bəzi xəbər mənbələri İranın uranı zərbələrdən öncə başqa yerə köçürdüyünü iddia etsə də, bu versiya israilli kəşfiyyatçılar tərəfindən dəstəklənmir.
Qəzzada atəşkəs ümidləri, daxili təzyiqlər
Digər tərəfdən, İsrail kəşfiyyatına görə, İranla 12 günlük qarşıdurmadan sonra İsrail və “HƏMAS” arasında Qəzzada bir-iki həftə içində atəşkəs əldə olunması ehtimalı var.
ABŞ-ın vasitəçiliyi ilə hazırlanan 60 günlük ilkin atəşkəs planı ətrafında tərəflərin razılaşacağı təqdirdə, İsrail tərəfinin “HƏMAS”a qalıcı atəşkəs təklif edəcəyi, bunun əvəzində təşkilatın silahı yerə qoymasının istəniləcəyi bildirilir. “HƏMAS”ın bu təklifi qəbul etməməsi halında isə hərbi əməliyyatların davam edəcəyi ehtimal olunur.
Lakin İsraildəki radikal sağçı dairələr bu planlara qarşı çıxırlar. İsrailin ictimai yayım qurumu “KAN”ın məlumatına görə, Maliyyə naziri Bezalel Smotriç özəl görüşlərdə İsrail ordusunun atəşkəslə birlikdə Qəzzadan çəkilməsinin “ağlabatan olmadığını” bildirib.
Daxili Təhlükəsizlik naziri İtamar Ben-Qvir isə “X” sosial şəbəkəsində etdiyi paylaşımda Baş nazir Benyamin Netanyahuya səslənərək: “Razılaşma üçün çalışmağı dayandırın”, – deyə yazıb.