Rusiya “Sarmat”ı sınaqdan keçirdi
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
17:17 | 29 iyun 2025 | Bazar
Məqaləyə 475 dəfə baxılıb
Şriftin ölçüsü
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Rusiyanın növbəti həmləsinin İsrail- İran müharibəsindən sonraya təsadüf etməsi, təsadüf sayılmasa, daha fərqli nəticələr çıxara bilərikmi?
1. Bu müharibəyə regional qarşıdurma kimi baxsaq:
2. Silahların savaşı kimi baxsaq
3. Tarixi mənşəyin qabardılması kimi baxsaq
4. Məğlubiyyətin səbəblərindən qisas almaq kimi baxsaq?
1. İran-İsrail müharibəsindən sonra yaranan regional ağırlıq və yeni aktorlar məsələsində Azərbaycan baxmayaraq ki, İrana və İsrailə qarşı neytral mövqedə dayanmışdı və İsraildən Güney Azərbaycan şəhərlərini bombalamamağı tələb edərək, İrana qarşı öz ərazisindən də üçüncü güclərin istifadə etməməsini açıqlayaraq, tərəfləri müharibəyə yox, danışığa səsləməsi əsas həlledici amil idi.
Amma təəssüf ki, sözügedən günlərdə Ermənistanın, Rusiyanın və İranın ortaq informasiya terrorçuları İranın Azərbaycandan qalxan İsrail dronları ilə vurulduğunu iddia etməyə başlamaları faktı boş yerə ortaya atılmamışdı .
Nəticədən və yanaşmadan asılı olmayaraq, regionda Azərbaycanın müttəfiqi İsrail Rusiyanın müttəfiqi İranı darmadağın edərək, Yaxın Şərqdə strateji üstünlük əldə etdi. İranı təxminən, Livan vəziyyətinə salaraq, böyük ölçüdə hərbi-siyasi gücünü zəiflətdi. Hazırda İranın səmasında Amerika və İsrail hökm sürür.
Amma bu məğlubiyyətin səbəbi əlbəttə klerikal İran rejimi idi, nəinki neytral Azərbaycan Respublikası.
2. Əlbəttə ki, bu müharibəyə qədər bölgədə 5 il əvvəl Qarabağ müharibəsində İsrail silahları Ermənistanın əlində olan rus silahlarını məğlub edərək, dünyadakı məlum nüfuzuna bərpaedilməz zərbə vurmuş və hətta Qənimətlər Parkında dünyanın tamaşasına təqdim etmişdi.
Bu dəfə də Rus silahları İranın timsalında İsrailin modern müharibə silahlarına biabır oldu və burda Rusiyanın qıcıqlanması, qalibiyyətin olduğu coğrafiyalara nifrəti təsadüf deyildi.
3. Bu gün görürük ki, Rusiyanın və İranın “X” şəbəkəsindəki trolları Azərbaycanın tarixi mənşəyinə enməyə cəhd edirlər və Qacarlar İranı, Türkmənçay, Rus işğalını mədəniyyət olaraq tirajlamağa ortaq mövqe kimi tapırlar və Azərbaycan Respublikasını regionda süni dövlət olaraq görməyə çalışırlar. Təəssüf ki, ölkəmizdə bu şəbəkəyə məxsus onlarla jurnalist, sosial media fəalı və kripto vəzifə daşıyan şəxslər var.
4. Nəticədə məlumdur: İllər əvvəl Liviyada, sonra Suriyada türklərə, sonra Qarabağda, nəhayət Ukraynada və s. sadalamaqla bitməyən uğursuzluqlar fonunda üzərinə yaxın strateji müttəfiqi İranın da rəzil məğlubiyyətini gələndə qisasını almaq üçün üçüncü güclərə yönəlməyə başlayıblar.
Azərbaycan Respublikası təəssüf ki, düşünülən həmin o üçüncü gücdür.
Lakin Azərbaycan həm də regional gücdür. O qədər ona qarşı anti mövqe nümayiş etdirmək asan olmayacaq, hələ-hələ İran və Rusiyanın sırf Şimal-Cənub dəhlizinə görə Azərbaycandan hava və su kimi asılı vəziyyətdə qaldıqları bir dövrdə.
P.S. əvəzi....
Azərbaycanın qlobal müttəfiqləri və maraqları var bu əlaqələr və potensial kommunikasiya imkanları bölgədə fiziki təsiri olan dövlətlərin boyundan qat-qat üstündür.
Böyük zövqlə Ermənistan hakimiyyətinin performansını gözləyirik. Çox yox, bir il də Paşinyan hakimiyyətdə qalsa, Ermənistan Azərbaycan üçün Gürcüstana çevriləcək, az sonra baxarıq, maddi-və siyasi olaraq asılı düşdüyü Azərbaycan və Türkiyənin təbii müttəfiqi vəziyyətinə qədər irəliləyə biləcək kimi görünür.
Buna onu birinci növbədə vadar edən məhz Rusiya oldu.
Nə də olsa, hər iki ölkənin tarixində Türkmənçay müqaviləsinin dərin tarixi izləri qalmaqda və yaratdığı nəticələrin ağrıları qalmaqda davam edir.