 
                                HÜNDÜRLÜK!
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
 14:41 | 28 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 183 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                14:41 | 28 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 183 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
 
                                İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
 
                                Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
 
                                “Yaxşı başlanğıc artıq işin yarısı deməkdir”
 
                                Azərbaycan türk dövlətlərinə xüsusi töhfə verir
 
                                Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
 
                                Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
 
                                Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
 
                                Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
 
                                Hafizəmizdən silinməyəcək mənzərə
 
                                ... Himn boyda adam
 
                                ... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
 
                                Rusiyanın Ermənistandakı hərbi bazası haqqında bəzi məqamlar
 
                                Pezeşkian: “Tehranda su yoxdur, ...”
 
                                “Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
 
                                İran prezidenti ali dini lideri devirmək cəhdində günahlandırılır
İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Stolun üzərində üç minreal milli su brendimiz qoyulub: Sirab, Badamlı və İstisu.
Sirab və Badamlının coğrafiyası maraqlıdır – Naxçıvana aiddir – yəni, birbaşa İranla sərhədin dünyaca tanınmış brendləri.
Çin səfərindən sonra daha bir Naxçıvan detalı – onu biz Zəngəzur kimi oxusaq, daha yaxşıdır, deyilmi?
İstisu isə 30 il sonra erməni işğalından azad edilmiş torpaqların nişanəsidir. İranın bu proseslərdəki tarixi rolunu kiçicik formada xatırladırıq.
Öz siyasi memimizi yaradırıq, nəhayət.
Şəkildə Azərbaycan və İran nümayəndələri görüş keçirirlər.
Üz cizgilərindəki iki mühüm ifadə qabarıq gözə çarpır: “Köhnə tanış, nəhayət ki, gəlmisiniz”, “Neynəyək, özümüzünküsünüz də.” Və ölkə rəhbərimizin rahatlıq səviyyəsi ilə həmişəki dolu duruşu (yəni, kimliyindən asılı olmayaraq, həmişəki üstünlük bədən görüşü).
Ortada iki dövlətin bayraqları var:
Sol tərəfdə İran bayrağı (yaşıl, ağ, qırmızı zolaqlar və mərkəzdə qırmızı emblem).
Sağ tərəfdə Azərbaycan bayrağı (mavi, qırmızı, yaşıl zolaqlar və mərkəzdə ay və səkkizguşəli ulduz).
İki lider lüks tərzdə bəzədilmiş, qızılı naxışlı ağ kreslolarda oturublar.
Aralarında kiçik bir dairəvi masa var, üzərində su şüşələri və ehtimal ki, sənədlər yerləşdirilib.
Lüks tərz zövq, zənginlik, qızılı naxışlar xüsusi dəbdəbəni, ağ kreslolar isə təmiz ağ səhifəni və neytrallığı əks etdirir.
Problemlərdən qaçmaq və yeni başlanğıclar açmaq, amma İranın daxili məsələlərdə neytrallığını (sərhədini bilməklə) qorumaqla münasibət bildirilir.
Dairəvi masa simvolik olaraq bərabərlik və qarşılıqlı hörmət ideyasını ifadə edir, ən maraqlısı odur ki, dördkünc qoyulan masaların tərəfləri, sərhədləri, maneələri olur axı, burda isə tam əksinədir.
Diplomatik etiketdə su abu-havanı sadələşdirir, lakin danışıqların uzun keçəcəyinə işarə edir. İndi görün nə qədər mövzu var danışmağa.
Tərəflərarası məsafə simmetrikdir və hörmət çərçivəsində saxlanılıb.
İran heyəti daha sərbəst əyləşib, hiss edilir ki, “baqaj” full doludur və kifayət qədər zəngin məlumatla gəliblər.
Bizim nümayəndə heyətimiz isə olduqca işgüzar görünür.
Səbəbi isə çox sadədir, İranla bağlı yekun nəticə əldə etmək istəyi və real iş, protokol, faktoloji yanaşma.
İran tərəfinin diplomatik (aldadıcı) gülüşü və ənənəvi görüş yanaşması daha çox nəzərə çarpır.
Prezident Əliyev bu fotolarda Günəşi təmsil edir. Onun tərəfdəki pəncərədən işıq düşür.
Pəncərələr demişkən, pərdələrin zərafəti təntənə, ləyaqət, işıqlıq bildirirsə də, yarımaçıq olması qapalı danışıqların olduğunu deyir. Aha, ümumiyyətlə “arada pərdə var” yanaşması necə? burda aramızda olmasa da, fotoda önəmli yerdədir, deyilmi?
Zalın böyüklüyü açıq dialoq, dövlətin böyüklüyü və nəfəs almaq imkanlarının görünüşünü ifadə edir.
Klassik sütunlardakı tacabənzər elementlərin isə mənası min ilin içində gizlənir.