 
                                Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
 14:24 | 28 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 103 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                14:24 | 28 aprel 2025 | Bazar ertəsi
                Məqaləyə 103 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Günahkar iqlim dəyişikliyidir?
 
                                ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
 
                                Vergilər Pekinə cavabdır
 
                                ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
 
                                Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
 
                                Trampdan kütləvi ixtisarla hədələdi
 
                                Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
 
                                “Deportasiya qoxusunu sevirəm”
 
                                Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
 
                                “F-35” pilotunun çətin anları
 
                                “İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
 
                                Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
 
                                Çimərliklər bağlandı
 
                                ... Sosial şəbəkədə etirazlar yağdı
 
                                Türkiyə və “F-35” mövzusundakı mövqe dəyişməyib
 
                                Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
ABŞ prezidenti Donald Trampın baş müşaviri, milyarder iş adamı İlon Mask ABŞ-ın müdafiə şirkəti “Lockheed Martin” tərəfindən istehsal edilən “F-35”lər barədə, "Ekipajlı təyyarələr ucuz pilotsuz təyyarələr dəstəsi tərəfindən anında məhv ediləcək”, – deyib.
Mask, “X” sosial media hesabında döyüş təyyarələrinin 2024-cü ildə vaxtı və missiyaya hazırlığı baxımından təkmilləşmədiyini bildirən bir status paylaşıb.
“Lockheed Martin”in təyyarələrinin milyardlarla dollara başa gəldiyini tənqid edən paylaşımında Mask, uçaqların ehtiyacların və məqsədlərin səhv müəyyənləşdirilməsi nəticəsində qüsurlu təməl üzərində qurulduğunu, bunun da təyyarəni bahalı, mürəkkəb və hər cür hiylə işlədən, lakin heç bir işdə mütəxəssis olmayan bir alətə çevrildiyini bildirib.
İlon Mask paylaşımnda daha sonra, “İnsanlı döyüş təyyarələri artıq dronlar dövründə köhnəlib. Onlar yalnız pilotların ölümünə səbəb olacaq”, – yazıb.
ABŞ Əməliyyat Sınaq və Qiymətləndirmə İdarəsinin yanvar ayında dərc etdiyi illik hesabatda “F-35” döyüş təyyarələrinin 2024-cü ildə vaxt və tapşırıq hazırlığı baxımından heç bir irəliləyiş göstərmədiyi bildirilib.
Digər tərəfdən, agentliyin 2024-cü il hesabatında “F-35” təyyarələrinin 2023-cü ildə etibarlılıq, texniki xidmət və əlçatanlıqda bəzi çətinliklərlə üzləşdiyi və hədəflənmiş 65 faizlik missiyaya hazırlıq nisbətindən geri qalaraq yalnız 51 faiz performans göstərdiyi qeyd edilib.